Bakının Nəsimi rayonu Ceyhun Səlimov küçəsində (keçmiş “Papanin”, hərbi hospitalın yaxınlığında) əksəriyyəti qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız olan fərdi yaşayış evlərinin sökülməsinə başlanılıb.
Ednews xəbər verir ki, söküntü işləri başa çatdıqdan sonra boşaldılan ərazidə çoxmərtəbəli yaşayış binaları tikiləcək, sakinlərin əksəriyyəti artıq tikinti şirkəti ilə müqavilə bağlayıb.
Buna əsasən, iki il müddətinə mənzil kirayəsi xərclərini tikinti şirkəti ödəyəcək.