Vilayətinin Azərbaycanla bağlı açıqlaması ikili siyasətdir yoxsa səmimiyyət? Politiloqların ŞƏRHİNDƏ

Siyasət 15:00 21.11.2022

Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Ali rəhbəri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti noyabrın 20-də ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlı bir sıra açıqlamalar verib.

Qəribə məqamsa bundan ibarətdir ki, Vilayətinin bəyanatları İran rəsmilərinin son dönəmlərdə Azərbaycana qarşı yönələn ritorikasından xeyli fərqlənib. Belə ki, Azərbaycanı İranın “göz nuru” adlandıran Vilayəti qeyd edib ki, Azərbaycana xarici hücum olacağı təqdirdə belə, ölkəsi rəsmi Bakının yanında olacaq. Bu cür açıqlamalar İranın apardığı ikili siyasətdir yoxsa səmimiyyət?

Ednews məsələ ilə bağlı politoloqların fikirlərini öyrənib. Cavabları təqdim edirik.

Politoloq Sədrəddin İsmayılov qeyd etdi ki, rəsmi Tehran Azərbaycanla münasibətləri normallaşdırmaq, gərginliyi aradan qaldırmaq istəyir.

“Vilayəti məlum açıqlamasında həmişə Azərbaycanın yanında olduqlarını iddia edir. Ancaq ötən müddətdə hadisələr sübut edib ki, Tehran hakimiyyəti heç vaxt Azərbaycanın yanında olmayıb - nə Azərbaycan torpaqları Ermənistan və havadarları tərəfindən işğal olunanda, nə 44 günlük müharibə zamanı, nə də ötən iki ilə yaxın dövrdə. Heç şübhəsiz, İran hakimiyyəti daxilində Vilayətinin böyük nüfuzu var. O, faktiki olaraq ölkənin xarici işlər naziri vəzifəsini də yerinə yetirir. Onun münasibətlərin gərginləşməsinin qarşısını almaq üçün nüfuzundan indiyədək istifadə etməməsi də təəccüblüdür. Çünki belə bir açıqlama ilə çıxış edən dövlət rəsmisi bu addımı çoxdan atmalı idi. Bununla belə, onun açıqlamasını həm də İranın ali rəhbəri ilə razılaşdırılmış ismarıc olaraq da qəbul etmək olar”.

Siyasi ekspert Amid Əliyev açıqlamasında bildirdi ki, Vilayətinin Azərbaycan haqqında verdiyi bəyanatda sual doğuran məqamlar var:

“Birincisi onu demək lazımdır ki, bu bəyanatı dini rəhbərin özü tərəfindən verilsəydi daha məntiqli olardı. Çünki, Azərbaycana qarşı təhdid dolu tvitlər yazan dini rəhbərin də münasibətlərin normallaşmasına xidmət edən bəyanatların özü tərəfindən verilməsi lazımdır. İkincisi, Vilayəti həmin şəxsdir ki, Azərbaycana qarşı təhdidləri səsləndirmiş, Ermənistanı İranın qırmızı xətti adlandırmışdır. İndi isə Azərbaycan xalqını İranın gözü adlandırır.

Birdən-birə İranın mövqeyinin bu qədər kordinal olaraq dəyişməsi heç şübhəsiz ki, Azərbaycanın dəyişməz prinsipial mövqeyi ilə bağlıdır. Praqa və Soçi görüşlərindən sonra Fransa ilə eyni zamanda Ermənistana dəstək göstərən İran sonda bütün cəhdlərin mənasız olduğunu anladı. İran başa düşdü ki, Azərbaycan ona qarşı sərgilənən fars, şovinist siyasətinə qarşı daha ciddi və təhlükəli cavab mexanizminə malikdir. Belə ki, İranda baş vermiş daxili narazılıqların əsas sosial bazasını məhz azərbaycanlılar təşkli edir. Ölkə başçısının son çıxışlarında səsləndirilən dəstək xarakterli elementlər isə bu mübarizənin miqdarını daha da genişləndirdi. Məhz buna görə Vilayəti şirin dili ilə azərbaycanlıları tərifləməyə başlayıb. Amma, Vilayətinin sözləri sonradan atılmış daşa bənzəyir. Əgər bu bəyanat müharibə vaxtı Azərbaycanın qələbəsini dəstəkləmək üçün verilsəydi məntiqli olardı. İndi isə Azərbaycanın İsrail və Fələstinlə yaxınlaşan münasibətləri, Avropada artan nüfuzu və beynəlxalq dəstək fonunda belə bəyanatları səsləndimək daha çox peşmançılığı xarakterizə edir”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə Vilayəti bununla demək istəyib ki, İranda yaşayan əsas etnik qrupları din və məzhəb birləşdirir. Halbuki, İranda fərqli dinlərə və məhzəblərə bağlı etnik qruplar da var, sadəcə Vilayətinin hazırki məqaləsi azərbaycanlıların könlünü almaq məqsədi daşıdığından şiəlik ön plana salınıb.

“Əks halda Azərbaycan torpaqlarının işğalına uzun onilliklər dözümsüz yanaşar, məscidlərin dağıdılmasına görə Ermənistanı küncə sıxışdırardılar. Bunların heç biri olmadı. Vilayəti keçmiş illərdə nə azərbaycanlı olduğunu deyər, nə azərbaycanlıların, o cümlədən Şah İsmayıl Xətainin rolundan ağız dolusu danışardı, sadəcə quyruqları qapı arasında qaldığından belə bir məqaləyə ehtiyac duyublar. Belə məqalələrlə bizi aldatmaq mümkün deyil, qonşumuzun xislətinə bələdik”.

Oğuz Ayvaz

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Hamısı