ABŞ-da 30 il əvvəl dondurulmuş embrionlar sayəsində əkiz uşaqlar dünyaya gəlib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər hesab edir ki, bu, dünya üçün yeni sayıla bilər.
Belə ki, əkizləri dünyaya gətirən cütlüyün dörd uşağı var, lakin onlar bir aylıq olmasına baxmayaraq, digərlərindən böyükdürlər.
Məlumata görə, 34 yaşlı qadın və onun 50 yaşlı əri 1992-ci ilin aprelində IVF əməliyyatı keçiriblər. Həmçinin, embrionlarını dondurublar.
Cütlük 2007-ci ilə qədər gözlədikdən sonra başqa bir ailənin onlardan istifadə edə biləcəyi ümidi ilə onları Tennessi ştatındakı Milli Embrion Donorluq Mərkəzinə bağışlayıb.
Cütlük daha çox uşaq sahibi olmaq istədikləri zaman embrionlardan istifadə edilib.Embirionlar 29 il 10 ay sonra mart ayında implantasiya edilib. Köçürmələrdən ikisi uğurlu olub və uşaqlar oktyabrda dünyaya gəlib.