Noyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, sümüklərin aid olduğu şəxslərin 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.
Sümüklərin kimə aid olmasının müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.