Molla rejiminə qarşı həbs olunanlara qarşı işgəncələr verilir YENİ İDDİA – Jalə Təbrizidən GİZLİ MƏQAMLAR

Siyasət 16:00 23.11.2022
İranda ardı-arası kəsilməyən nümayişlər və etirazlar molla rejimini represiyyaları və təzyiq metodlarını daha da kəskinləşdirməyə vadar edib. 
 
Ölkənin bir çox şəhərlərində kütləvi nümayişlər və aksiyalar qarşısında tab gətirə bilməyən SEPAH və digər təhlükəsizlik qüvvələri artıq nümayişçilərə qarşı açıq şəkildə silahdan istifadə edirlər.  Xeyli sayda insanın həlak olmasına və yaralanmasına səbəb olan qanlı iğtişaşlar  daha çox qeyri-fars millətlərin yaşadığı bölgələrdə müşahidə edilir. Ölənlər arasında uşaqlar və gənclər çoxluq təşkil edir. 
 
Bununla bərabər, insan hüquqları təşkilatlarının məlumatlarına görə, rejim tərəfindən həbs olunan 10 mindən çox şəxs həbsxanalarda müxtəlif işgəncələrə və qeyri-insani rəftarlara, hətta cinsi istismara belə məruz qalırlar. 
 
“Ərk” İnsan Haqqları cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi Jalə Təbrizi Ednews-a açıqlamasında qeyd edib ki, molla rejiminin represiyyalarında daha çox qeyri-fars millətləri yer alırlar. 
 
Onun sözlərinə görə, öz haqqlarını tələb edən insanlar uzun müddət zindanlara salınırlar və orada onları mənəvi cəhətdən alçaldırlar. 
 
“İranın hər bölgəsində rejim tərəfindən təzyiqlər və basqılar artıbdır. Bu gün biz daha çox meydanlarda qeyri-fars millətlərin etirazlarını görürük. Qırx il ərzində öz mədəni və ana dili hüquqları uğrunda mübarizə aparan müxtəlif xalqların nümayindələri həbs edilirlər, işgəncələrə məruz qalırlar və edam edilirlər. Nəinki mədəni hüquqlar, hətta onların siyasi, sosial və mədəni hüquqları da tapdalanır.  Müxtəlif xalqların yaşadığı bölgələrdə yoxsulluğun və sosial-iqtisadi problemlərin artmasına bilərəkdən şərait yaradırlar. Onların heç bir məsələsinə və probleminə çözüm tapılmır. Məhz bu səbəblərə görə, bu günlərdə kürdlər, ərəblər, bəluclar, türkmənlər və Azərbaycan türkləri küçələrə axışıb nümayişlər və etirazlar keçirirlər. Kürdlərin yaşadığı ərazilərdə insanlar artıq səngər qurub rejimin təhlükəsizlik qüvvələrinə qarşı ciddi şəkildə mübarizə aparırlar. Rejim onların etirazlarını yatırmaq üçün silahdan istifadə edir. Bundan əlavə, Ərdəbildə mədrəsədə təhsil alan qızlar şüarlar səsləndirdikləri üçün həbs olunublar. Həbs olunanlar arasında Üsra Pənah adlı qız işgəncələr nəticəsində həyatını itirib. Bu rejim öz vətəndaşlarının qanını tökməyə adət edib”. 
 
Jalə Təbrizi, həmçinin vurğulayıb ki, BMT-in İnsan Hüquqları Təşkilatı, Amnesty İnternational və digər insan hüquqları təşkilatları İranda rejim tərəfindən tətbiq edilən represiyyalar, cinayətlər və qeyri-insanı əməllər barədə genişmiqyaslı sənədlər tərtib edib. 
 
Azərbaycan türklərinin hüquqlarının pozulmasına münasibət bildirən hüquq müdafiəçisi Tehranın uzun müddət Cənubi Azərbaycanda əhalinin demoqrafik tərkibinin dəyişməsi istiqamətimdə gördüyü işlər barədə məlumat verib. 
 
“Təbriz, Ərdəbil, Urmiya və digər şəhərlərdə insanlar işsizlikdən  və iqtisadi problemlərdən əziyyət çəkirlər. Mərkəzi hakimiyyət də məqsədyönlü şəkildə yerli sakinlərin sosial-iqtisadi problemlərini həll etmir. Buna görə də Azərbaycan türkləri məcburiyyət qarşısında öz isti ocaqlarını tərk edirlər və ölkənin mərkəzi vilayətlərinə köçürlər. Bunundan əlavə, Urmiya gölünün qurudulmasını da bura daxil etmək lazımdır. Çünki su çatımamazlığı nəticəsində əkinə yararlı olan münbit torpaqlar məhv olub. Eyni zamanda Təbrizdə və Azərbaycan türklərinin məskunlaşdığı digər şəhərlərdə yerləşən universitetlərdə təhsil almaq üçün öz millətimizin nümayindələrinə az yer verilir. Bu universitetlərdə daha çox fars məntəqələrdən gələn tələblər təhsil alırlar. Azərbaycanlı gənclər isə Tehran, Həmədan, Məşəd və digər mərkəzi şəhərlərdə ali təhsil almağa məcbur olurlar. Hətta onu da qeyd edim ki, bu şəhərlərdə keçirilən aksiyalarda və nümayişlərdə iştirak edən tələblərin əksəriyyəti Azərbaycanlılardırlar”.  
 
Sonda Jalə Təbrizi beynəlxalq ictimaiyyət tərəfindən İran üzərində yeni sanksiyaların tətbiq edilməsini zəruri hesab edib. 
 
“Beynəlxalq insan hüquqları ilə məşğul olan qeyri-hökumət təşkilatlarının tələbi ilə BMT-nin İnsan Hüquqları Təşkilatının Cenevrə şəhərində İranda insan hüquqlarının tapdalanması və pozulması ilə bağlı fövqalade iclas keçiriləcək. Bu iclasın sonunda bəyanatın qəbul edilməsi gözlənilir. Çox istərdim ki, bu bəyanatda İslam Cümhuriyyətinin rəhbərliyinə qarşı sanksiyaların tətbiqi ilə bağlı maddə qeyd edilsin. Bununla bərabər, bəyanatda qeyri-fars millətlərinin ayrı-seçkilik və irqçilikdən əziyyət çəkmələri də yer almalıdır”.
 
Yunis Abdullayev
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Hamısı