ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays İran həbsxanalarında baş verən cinsi təcavüz xəbərlərinə reaksiya verib.
Ednews xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib.
Məlumatda qeyd olunur ki, Prays nümayişçilərə, o cümlədən uşaqlara qarşı hücumlar barədə yayılmış xəbərləri qətiyyətlə pisləyib.
O, cinsi zorakılığı etirazları yatırmaq vasitəsi kimi “cəsur etirazçıları qorxutmaq üçün iyrənc tədbirlər” adlandırıb.
Şahidlərin və tibbi mənbələrin ifadələrinə əsaslanan istintaq hesabatında CNN xəbər kanalı məhbuslara qarşı cinsi qısnama və təcavüz hallarını, cinsi qısnama və zorlama zamanı bəzi qurbanların səssiz qalmalarını təmin etmək üçün çəkilişləri üzə çıxarıb.
Dövlət Departamentinin sözçüsü bəyan edib ki, ABŞ birtərəfli və çoxtərəfli tədbirlər və BMT-yə müraciət etməklə xalqa zülm etdiyinə görə İran hakimiyyətinin cavabdehlik daşımasını tələb edir.