İlham Əliyev Rusiya rəsmisi ilə Ermənistanın öhdəliklərini icra etməməsini müzakirə edib - ednews.net

7 Dekabr, Çərşənbə

(+994 50) 229-39-11

İlham Əliyev Rusiya rəsmisi ilə Ermənistanın öhdəliklərini icra etməməsini müzakirə edib

Siyasət A- A A+
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
 
Ednews  xəbər verir ki, görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan tərəfinin üzərinə düşən öhdəlikləri icra etməməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 
 
Eləcə də, görüş zamanı Soçidə keçirilmiş son görüş və onun nəticələri ilə bağlı da ətraflı müzakirə aparılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...