İşğal altında olan Krımda bir qrup iranlı hərbi məsləhətçi məhv edilib.
Ednews xəbər verir ki, bunu “The Guardian” nəşrinə müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Danilov deyib. Onun sözlərinə görə, işğal olunmuş ərazilərdəki bütün iranlılar hədəfdədir.
Həmçinin İsrail mənbələrinə istinadən bildirilir ki, hələ oktyabrda Krımda ən azı 10 iranlının öldüyü barədə məlumat yayılıb.
Oktyabrın 21-də İsrail hərbi kəşfiyyatının qeyri-rəsmi ruporu olan “Intelli Times” twitter kanalının məlumatına görə, SEPAH-ın hücum dronları üzrə mütəxəssisləri Rusiya Hərbi Hava Qüvvələrinin Cankoydakı bazasında yerləşdirilə bilər.