Norveçin Moskvadakı səfiri Rune Ruseland Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, buna səbəb Norveçdə rusofobik davranışlar, həmçinin rus vətəndaşlarının həbsidir.
Rusiya XİN hesab edir ki, Norveçdə son aylarda ruslara qarşı çıxarılan hökmlər siyasi motivlidir.