Rusiya prezidenti Vladimir Putin rus mədəniyyətini inkar edənləri tənqid edərək onları ağılsız adlandırıb.
Ednews “life.ru” saytına istinadən xəbər verir ki, o, bu fikirləri Çitada teatrın yenidənqurmadan sonra açılışına videobağlantı vasitəsilə qoşulan zaman səsləndirib.
"Mədəniyyətimiz ağılsız insanlar tərəfindən inkar edilir. Biz isə başqa ölkələrin ən yaxşı nümunələrini inkar etmirik, əksinə bu əsərlərdə yer alan humanist ideyaları təbliğ edirik. Biz ağıllıyıq, mədəniyyətimizi inkar edənlər isə ağılsızdır”, - Rusiya lideri bildirib.