“Konsensus olmadan Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatların açıq şəkildə pozulmasıdır”.
Ednews xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov bildirib.
O, qeyd edib ki, konsensusa əsaslanan qərar qəbuletmə prinsipi aydın şəkildə ATƏT bütün əsas qərarlarında əks olunub:
“Azərbaycan illərlə təşkilat daxilində konsensusdan sui-istifadəyə məruz qalıb. Buna baxmayaraq biz hər zaman birgə təhlükəsizliyə riayət edilməsinin tərəfdarı olmuşuq.
Sədrlik və katiblik də daxil olmaqla ATƏT-in bütün institutları bütün iştirakçı ölkələr üçün ortaq aktiv kimi təsis edilib. Buna uyğun fəaliyyət göstərilməməsi etimadı sarsıdır. Azərbaycan bu institutları öz mandatlarının kobud surətdə pozulmasını düzəltməyə çağırır”.