“Bu gün partiyaya üzv qəbulunda AĞ Partiya ilk sırada qərarlaşır”.
Bu sözləri Ednews-a AĞ Partiya sözçüsü Cavanşir Abbaslı deyib. O, qeyd edib ki, fikirlərinin altını çizərək, əminliklə bildirir. "Kimsənin şübhəsi varsa, bu fikirləri yaxınına buraxmırsa, konkret faktlarla sübut etməyə hazırıq. Amma gərək hər həftə şişirdilmiş üzvlük rəqəmləri ortaya qoyanlar, siyasi partiyalar haqqında yeni qanunun qəbulundan sonra guya 10, 20, 30, hətta 60 min və.s kimi üzvlərinin olması barədə Məlikməmməd nağılları danışanlar da, dediklərini isbatlasınlar".
C.Abbaslı həmçinin qeyd edib ki, AĞ Partiyanın hər həftənin şənbə günü saat 12:00-da idarə heyətinin ənənəvi iclası keçirilir.
"Adətən 3 saat çəkən iclasın sonunda bir həftə ərzində partiyaya üzvlük üçün müraciət edənlər barədə Mərkəzi Aparata məlumat verir. Hər bir müraciətin üzv olmaq üçün tələb edilən məlumatlarına diqqətlə baxılır. Bizdə üzvlük daha çox sosial şəbəkələrdə yaydığımız üzvlük anketi üzərindən gəlir. Bir ayın sonunda isə, ay ərzində üzvlük müraciəti edənlər barədə hesabat təqdim edilir. Son bir ayı deyirəm: 108, 138, 79, 140, 141... Bu rəqəmləri şişirdilmiş rəqəm sayan istənilən şəxsi AĞ Partiyanın qərargahına dəvət edirəm. Sonda deyim ki, bu həftə ərzində üzvlük müraciəti edənlərin sayı daha çox gözlənilir".