“Dünən məlumat verildi ki, İran 14 nəfərlik diversiya qrupunu Azərbaycan ərazisinə göndərib. Biz bu məsələlərdə diqqətli olmalıyıq. Əks təqdirdə, Azərbaycan ərazisində İran və fransız dronlarını da görə bilərik”.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Naqif Həmzəyev səsləndirib.
Deputat həmçinin, vətəndaşlara da çağırış edərək, fransız məhsullarını könüllü şəkildə boykot etməyə səsləyib.