Laçın dəhlizinin bağlanması həyata keçirilə bilən ssenaridir - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Laçın dəhlizinin bağlanması həyata keçirilə bilən ssenaridir

Siyasət A- A A+
Xəbər verdimiz kimi, bir gün öncə Laçın dəhlizi (Xankəndi-Gorus  avtomobil yolu) Şuşa-Daşaltı yolayrıcında müəyyən müddətə bağlanıb. Nəticədə Xankəndidən Ermənistana kilometrlərlə tıxac yaranıb.
 
Daha sonra sülhməramlıların Xankəndidəki qərargahında aparılan danışıqlar Azərbaycan tərəfinin istədiyi nəticəni verib.
 
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold”un mütəxəssisləri monitorinqin aparılması ilə bağlı növbəti təşkilati məsələləri həll ediblər. Danışıqlar zamanı Laçın dəhlizində formalaşmış tıxac da aradan qalxıb. 
 
Ednews xəbər verir ki, Rusiyanın “Kommersant” qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.
 
“Azərbaycan nümayiş etdirdi ki, Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin bağlanması sadəcə boş təhdidlər deyil, tamamilə həyata keçirilə bilən ssenaridir”, deyə müəllif qeyd edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...