Xəbər verdiyimiz kimi, erməni mediası dekabrın 4-də Tərtər-Kəlbəcər yolunda azərbaycanlılarla ermənilər arasında insidentin baş verdiyi barədə məlumat yayıb.
Bildirilir ki, həmin gün Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycan yük avtomobillərinin karvanının Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkəti növbəti dəfə təşkil edilib. Yolda ermənilərlər azərbaycanılar arasında mübahisə yaranıb. Hələlik Azərbaycan Müdafiə Nazirliyindən rəsmi məlumat verilməyib. Onsuz da ermənilər son zamanlar tez-tez təxribatlara əl ataraq dinc dayanmır. Təhlükəsizliyi təmin etməli olan Rusiya sülhməramlılarının öz işinin öhdəsindən gəlmədiyi isə artıq neçənci dəfədir ki, nəzərə çarpır.
Rusiya sülhməramlılarının Qarabağdan çıxarlımalıdırmı? Ednews bu barədə deputat Hikmət Babaoğlunun fikirlərini öyrənib.
Millət vəkili açıqlamasında bildirdi ki, ermənilərin son təxribatları ardıcıl olmağa başlayıb. Bu təsadüfi deyil və xüsusi məqsədlə həyata keçirilir.
“Məqsəd isə mümkün sülh danışıqları prosesinə təzyiq etməklə erməni icmasının lehinə hansısa şərtlər təmin etməkdir. Ancaq bu çox geçikmiş cəhddir. Sülməramlıların bu prosesdəki roluna gəldikdə isə onların açıq şəkildə erməniləri radikal əməllərə təşviq etdiklərini görürük. Bu isə sülhməramlı missiyaya və üçtərəfli bəyanatın tələblərinə ziddir. Sülməramlıların ərazimizə müvəqqəti daxil olmasının səbələri bəyanatın 4-cü bəndində açıq göstərilib. Onların Azərbaycan ərazilərinə daxil olmasına paralel olaraq erməni silahlı ünsürləri Qarabağı tərk etməlidirlər. Ancaq bu gün erməni silalıları sülhməramlıların arxasında gizlənərək mövqelərimizə atəş açırlar. Belə olan halda biz dəqiqləşdirmə aparmalıyıq ki, sülhməramlıların məramı doğurdanmı sülhdür, yoxsa vəziyyəti 90-cı illərin əvvələrinə qaytarıb münaqişəni yenidən bərpa etməkdir. Ona görə də belə davam edəcəksə müvəqqəti və müəmmalı sülhməramlı missiyası ölkəmizi tərk etməli olacaq”.
Oğuz Ayvaz