”Ərdoğan və Əliyevin İrəvanda Paşinyanla görüşü yeganə yoldur” - Zahid Oruc - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

”Ərdoğan və Əliyevin İrəvanda Paşinyanla görüşü yeganə yoldur” - Zahid Oruc

Siyasət A- A A+
“Türkiyə prezidentinin sözçüsü İbrahım Kalın son müsahibəsində Ermənistanla sərhədlərin açılması üçün körpülərin təmirindən, gömrük-buraxılış məntəqəsinin hazırlanmasından və birgə nahardan danışaraq, sülh müqaviləsinin tək şərtinin üçtərəfli görüşlər olduğunu dedi. Dövlət rəhbərlərinə yaxın yüksək ranqlı bir məmurun Ankara və Bakının İrəvanla birbaşa təmaslara keçməsini söyləməsi vasitəçilərin planlarını pozmağın tək yoludur”.
 
Ednews xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədrin Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.
 
“Qələbədən sonra Moskva, Brüssel, Soçi və Praqada aparılan danışıqlar göstərdi ki, moderatorlara sülh yox, Qafqazlarda hökmranlıq gərəkdir. Ona görə də Ermənistanı İran, Rusiya, Fransa və Amerikanın əlindən almaq Şuşanı azad etmək qədər mühüm vəzifədir.
 
Tarixin absurduna baxın, Hollandiya və Fransa parlamentlərinin qərarlarını heç Ermənistan özü qəbul etməyib. Günün birində Co Baydenlə İbrahim Rəisi görüşüb Qarabağda vasitəçilikdən danışsalar, təəccüblənməyin”, - deyə deputat əlavə edib. 
 
Zahid Oruc qeyd edib ki, belə şəraitdə xaricdən siyasi hücumlara ən yaxşı cavab Əliyevin və Ərdoğanın İrəvanda üçlü sülh görüşüdür:
 
“Danışıqları kənar müdaxilə və qəsdlərdən qorumağın ayrı yolu yoxdur. Gedib Hindistandan raketlər alan dövləti inandırmalıyıq ki, sizi strateji silahlar yox, Azərbaycan və Türkiyənin qarantiyası xilas edə bilər”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...