Müdafi​​​​​​​ə Nazirliyindən sülhməramlılara - "Toponimlərimiz belə yazılmalıdır" - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Müdafi​​​​​​​ə Nazirliyindən sülhməramlılara - "Toponimlərimiz belə yazılmalıdır"

Siyasət A- A A+
Azərbaycan Müdafiə Nazirliyi Qarabağda müvəqqəti yerləşdirilən rus sülhməramlılarına müraciət edib.
 
Ednews xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
 
Müraciətdə xatırlanır ki, “Dağlıq Qarabağ”ın adı “Qarabağ iqtisadi rayonu”, “Mardakert”in adı “Ağdərə”, “Martuni”nin adı “Xocavənd”, “Madagiz”in adı “Suqovuşan”, “Getavan”ın adı “Qozlukörpü” kimi yazılmalıdır.
 
Qeyd edək ki, Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkov Şuşa ətrafında azərbaycanlı jurnalistlərə müsahibəsində Azərbaycan toponimlərinin düzgün yazılmamasında Rusiyanın Müdafiə Nazirliyini günahlandırıb:
 
“Azərbaycan toponimlərinə hörmətlə yanaşırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq. Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir. Biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...