Azərbaycan bu ərazilərə nə zaman nəzarət edəcək? Xankəndi və Xocalı Politoloqların ŞƏRHİNDƏ

Siyasət 14:20 07.12.2022

Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi hələ də imzalanmayıb. Ermənilərin təxribatları, bəhanələri, havadarları barışa əngəl törətməkdə davam edir. İşğalda olan Xankəndi, Xocalı əraziləri diplomatik yolla Azərbaycana qaytarıla bilərmi? Yoxsa antiterror əməliyyatları üçün zəmin yaradılır?

Ednews məsələ ilə bağlı tanınmış siyasi şərhçilərin münasibətini öyrənib. Cavabları təqdim edirik:

Politoloq Murad Sadəddinov sualın çox ağır olduğunu dedi. O, qeyd etdi ki, bu məsələyə birmənalı cavab vermək çətindir.

“Azərbaycan böyük bir beynəlxalq aləmin üzvidir. Ona görə istər-istəməz istənilən hərbi və yaxud planlaşdırdığı əməliyyatı həyata keçirərkən dünya quruluşunu, böyük gücləri, regionda və ərazimizdə olan proseslərə diqqətini nəzərə almaq lazımdır. Hərbi əməliyyat da keçirdə bilərik. Bizim əlimizdə kifayət qədər hərbi gücümüz, diplomatik əsaslarımız mövcuddur. Amma dünya reallığını nəzər alaraq biz görürük ki, nə qədər Azərbaycana qarşı, xüsusi olaraq Ermənistana tərəf olan müsbət meyilli böyük güclərdə olan faktorları diqqətə almalıyıq. 44 günlük müharibədə ordumuz müasir silahlarla düşmənə qarşı müharibə apararkən Azərbaycana qarşı nə qədər ədalətsiz tələblər oldu, əsassız yerə günahlandırdılar. Hesab edirəm ki, gec-tez biz oranı nəzarətə alacağıq. Qalan ərazililərimiz işğaldan azad etmək üçün yetərincə əsasımız var. Beynəlxalq trendləri də nəzərə alaraq biz bu prosesi elə bir formada keçirməliyik ki, mümkün qədər Azərbaycana qarşı az təzyiqlər olsun. Diplomatik meydanda az itkilərlə həyata keçirək. Güc variantı mümkündür. Lakin onun nə zaman, hansı dövrdə həyata keçirilməsi əsas faktordur. Bununla paralel olaraq diplomatik və informasiya təminatını reallaşdırmaqdır”.

Politoloq Elçin Mirzəbəyli açıqlamasında bildirdi ki, 10 noyabr bəyanatının imzalandığı zaman kəsiyində bir sıra məsələlərlə, o cümlədən Xocalının de-fakto Azərbaycanın nəzarətinə verilməsi ilə bağlı şifahi razılaşmanın olduğu barədə ehtimallar mütəmadi olaraq, dilə gətirilir.

“Azərbaycan və Rusiya rəsmilərinin açıqlamalarında da şifahi razılaşmalarla bağlı bəzi ötəri xatırlatmaların yer alması, bu xüsusda ifadə olunan ehtimalların həqiqiliyinə olan inamı daha da artırır. Amma Xocalının hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olduğu reallığı, təəssüf ki, hələ də dəyişməyib. Xankəndiyə gəldikdə isə, bu tarixi və hüquqi Azərbaycan şəhəri ilə bağlı məsələ bir az fərqlidir. Məlum olduğu kimi sözügedən ərazi de-fakto separatçıların və qanunsuz hərbi birləşmələrin nəzarətindədir. Azərbaycanın son günlər Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan əraziləri ilə bağlı rəsmi Bakının atdığı addımlar separatçıların “kürkünə birə salsa” da, hələlik Xankəndi də daxil olmaqla sülhməramıların müvəqqəti “məskunlaşdığı” yaşayış məntəqələri üzərində suveren hüquqlarımızın bərpası ilə bağlı genişmiqyaslı və sərt tədbirlərin həyata keçiriləcəyi gözlənilmir. Separatçıbaşı, müharibə canisi Araik Arutunyanın dəstək məqsədilə Fransaya səfər etməsi də sübuta yetirir ki, rəsmi Bakı ilə Azərbaycanın erməni əsilli sakinləri arasında birbaşa təmasın qurulmasına maneə yaratmaq cəhdləri, hələlik davam edəcək və separatçılar bu məqsədlə Fransanın “xidmətləri”ndən yararlanmağa davam edəcəklər”.

Politoloqun sözlərinə görə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdə Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Fransanın Cənubi Qafqazdakı proseslərə müdaxilə cəhdləri ilə bağlı səsləndirdiyi fikirlər rəsmi Moskvanın da ermənilərin ənənəvi manipulyasiyalarından razı qalmadığını göstərir.

“Bu baxımdan, rəsmi Moskvanın yaxın perspektivdə şifahi razılaşmaların müəyyən bir qismini gündəmə gətirməsi və Xocalı üzərində suveren hüquqlarımızın bərpası üçün bir sıra addımların atılması mümkündür”.

Oğuz Ayvaz

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Hamısı