İranın Ermənistana 600 raket hədiyyə etməsinin MƏQSƏDİ ŞƏRH

Siyasət 13:15 08.12.2022
İranın oktyabrın sonunda Ermənistana yerli istehsal olan 600 raketin hədiyyə etməsi barədə məlumat yayılıb. 
 
Calibre.az-ın məlumatına görə, hədiyyə edilən silahlar əsasən raketlər və müxtəlif sistemlərdən ibarət olan silah qurğularıdır. 
 
Üzdə Azərbaycana qardaş və dost deyən, müsəlman qardaşlığından dəm vuran molla rejiminin  müsəlman xalqının qanına əlini bulaşdıran ölkəyə silah ötürməsi heç vaxt birmənalı və sakit qarşılana bilməz. 
 
Maraqlıdır, İran İslam Respublikası Ermənistanı bu qədər özünə hansı səbəblə can qardaş hesab edir? 
 
Ednews-un sualına cavablandıran Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu qeyd edib ki, Ermənistan İranın regional siyasətində hər zaman önəmli faktor hesab edilib. 
 
“İlk növbədə vurğulamaq istəyirəm ki, ümumiyyətlə, Sovet imperiyasının dağılmasından və post-sovet məkanında ölkələrin müstəqilliyinə qovuşmasından bəri Ermənistan İranın Cənubi Qafqaz siyasətində əhəmiyyətli faktor roluna malik olub. Biz buna Birinci Qarabağ müharibəsində, 30 il işğal müddəti ərzində, o cümlədən 44 günlük Vətən müharibəsində və bundan sonrakı dövrlərdə də şahidi olmuşuq. Tehran daima Ermənistan vasitəsi ilə regionda öz geosiyasi mövqeyini möhkəmləndirməyə çalışıb. İran, hətta Ermənistana hərbi və strateji dəstək də görsədib. Bu yaxınlarda İranın on dörd, daha sonra on üç vətəndaşının rus sülhməramlılarının nəzarəti altında olan ərazilərimizə müəmmalı səfərləri və oralarda hansı fəaliyyətlə məşğul olmaları ictimaiyyətimizdə çox  ciddi suallar və narahatlıqlar doğurub. Heç bir halda özünü İslam Cümhuriyyəti hesab edən ölkənin müsəlman qonşusu ilə münasibətlərdə bu addımları advekat hesab oluna bilməz”. 
 
Ekspert, həmçinin İran-Ermənistan münasibətlərində türk faktorunun da təsirli rol oynadığını bildirib. 
 
“Nəzərə almaq lazımdır ki, Ermənistan məhz Azərbaycan və Türkiyə arasında yaradılmış süni dövlətdir. İran bu və ya digər formada bu faktordan öz geosiyasi məqsədləri və hədəfləri üçün siyasi alət kimi istifadə edir. Bundan başqa, İranın erməni lobbisi ilə sıx təmasları var və bu lobbidən zaman-zaman Qərbdə yahudi lobbisinə qarşı mübarizədə istifadə etməyə çalışıb”. 
 
Sonda Zəngəzur dəhlizinə münasibət bildirən Vüqar Zifəroğlu qeyd edib ki, İran hər vasitə ilə Ermənistanı dəstəkləməklə bu layihənin həyata keçirilməsinin qarşısının alınmasına çalışacaq. 
 
Yunis Abadullayev
Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - VİDEO

Xəbər xətti

Azərbaycanla Türkiyə arasında minalarla mübarizədə əməkdaşlıq perspektivləri müzakirə olunub
19:10 02.05.2024
XİN-də AİPA-nın Baş katibi ilə regional vəziyyət müzakirə edilib
19:00 02.05.2024
Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək
18:44 02.05.2024
Kuleba və Mirzoyan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsini müzakirə edib
18:34 02.05.2024
Məşhur məşqçi “Bayern”in təklifini QƏBUL ETMƏDİ
18:25 02.05.2024
Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü
18:02 02.05.2024
Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə BAŞLANILDI
17:56 02.05.2024
Makron: Rusiya daha çox irəliləsə Fransa Ukraynaya ordu göndərəcək
Makron: Rusiya daha çox irəliləsə Fransa Ukraynaya ordu göndərəcək
17:45 02.05.2024
Bu ərazilərə yağış yağıb – FAKTİKİ HAVA
17:43 02.05.2024
Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - VİDEO
Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - VİDEO
17:36 02.05.2024
Sumqayıt şəhəri COP29-a nə dərəcədə hazırdır? - Deputat Müşfiq Məmmədli AÇIQLAYIR -VİDEO
17:30 02.05.2024
Qırğızıstanda tədbir zamanı faciə: 30-a yaxın uşaq yaralandı - VİDEO
Qırğızıstanda tədbir zamanı faciə: 30-a yaxın uşaq yaralandı - VİDEO
17:25 02.05.2024
Bakı-Ağstafa marşrutuna əlavə qatar təyin edildi - CƏDVƏL
17:23 02.05.2024
Aİ Livana miqrasiya üçün 1 milyard dollar ayırıb
Aİ Livana miqrasiya üçün 1 milyard dollar ayırıb
17:15 02.05.2024
Külək güclənəcək, sulu qar yağacaq – XƏBƏRDARLIQ
17:08 02.05.2024
Prezidentin İkinci Dünya müharibəsi ilə bağlı Sərəncamı neçə nəfərə şamil olunacaq?
16:52 02.05.2024
Parlament seçkiləri ilə bağlı hazırlığa başlanılıb – RƏSMİ
16:49 02.05.2024
“Parlament seçkiləri vaxtından əvvəl keçirilə bilər” – MSK SƏDRİ
16:36 02.05.2024
Həll edilməyən mina problemi və Rus sülhməramlılarının Qarabağı tərki - İngilis ekspertlə ÖZƏL MÜSAHİBƏ - VİDEO
16:30 02.05.2024
Ramin Məmmədovun deputat səlahiyyətlərinə XİTAM VERİLDİ
16:18 02.05.2024
Laçın rayonunun Sus kəndinə 20 ailə köçürüləcək
Laçın rayonunun Sus kəndinə 20 ailə köçürüləcək
16:10 02.05.2024
Molla Nəsrəddin haqqında film çəkiləcək
16:09 02.05.2024
Prezident Azərbaycanın pravoslav xristian icmasını TƏBRİK ETDİ
Prezident Azərbaycanın pravoslav xristian icmasını TƏBRİK ETDİ
15:56 02.05.2024
Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
15:50 02.05.2024
Heydər Əsədov yenidən Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edildi
15:45 02.05.2024
Deputat Müşfiq Məmmədli: "Azərbaycanda həkim çatışmazlığı var" - MÜSAHİBƏ - VİDEO
15:37 02.05.2024
Mayın 5-də növbəti imtahanlar KEÇİRİLƏCƏK
15:20 02.05.2024
Dini liderlərin Şuşa görüşünün Bəyannaməsi qəbul olundu
15:12 02.05.2024
Allergiyadan tam xilas olmaq olar? - İNFEKSİONİST AÇIQLAYIR
15:00 02.05.2024
UNDP nümayəndə heyəti Azərbaycana səfər edəcək
14:57 02.05.2024
İlham Əliyev: “Son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub”
14:48 02.05.2024
Tatarıstanda Azərbaycanla bağlı dəyirmi masa keçiriləcək - Şahin Mustafayev iştirak edəcək
14:45 02.05.2024
Prezident: “COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir”
14:40 02.05.2024
Dini liderlərin Şuşa görüşü keçirilir
14:37 02.05.2024
“Şərqi Avropaya nüvə başlıqları yerləşdirmək zəruri hal alıb” – Ukraynalı Deputat
“Şərqi Avropaya nüvə başlıqları yerləşdirmək zəruri hal alıb” – Ukraynalı Deputat
14:20 02.05.2024
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək – RƏSMİ
14:15 02.05.2024
Norveçli səyahətçi: “Ərazilərin minalarla çirklənməsinin çox dəhşətli nəticələri var”
14:10 02.05.2024
Qərbi Azərbaycanda çap edilən ilk türk qəzeti - ARXİV FOTOLAR
14:07 02.05.2024
Pəhriz üçün 10 QİDA - ARAŞDIRMA
Pəhriz üçün 10 QİDA - ARAŞDIRMA
14:00 02.05.2024
Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
13:52 02.05.2024
Hamısı