Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır.
Ednews xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
Qurum sədri bildirib ki, ancaq seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.