Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciətlərlə bağlı rəsmi - AÇIQLAMA - ednews.net

31 Yanvar, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Ermənistanın cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciətlərlə bağlı rəsmi - AÇIQLAMA

Siyasət A- A A+
"Hazırda Azərbaycanın Ermənistanın cinayətləri nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərin hüquqlarının təmin edilməsi məqsədilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsinə müraciətləri üzrə ardıcıl icraat və kommunikasiyalar həyata keçirilir".
 
Ednews  xəbər verir ki, bunu Prezident Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev 10 dekabr - Ümumdünya İnsan Hüquqları Gününə həsr olunan dəyirmi masada deyib.  
 
"Bu gün işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun bərpası ilə bağlı keçirilən islahatların əsas məqsədi məhz insanların rahat həyatının təminatıdır. Tam əminliklə bildirmək istəyirəm ki, ölkəmiz insan hüquqları sahəsində hər zaman iştirakçı və təşkilatçı rolunu oynuyacaq", - o vurğulayıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...