"Ermənistanın basdırdığı minalar bərpa işlərinə ciddi əngəl törədir" - XİN - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

"Ermənistanın basdırdığı minalar bərpa işlərinə ciddi əngəl törədir" - XİN

Siyasət A- A A+
“Məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə geri qayıtması sülh üçün vacib şərtdir. Ancaq təəssüf ki, bu proses gecikir, çünki Ermənistan tərəfindən bu ərazilərə yerləşdirilmiş minalar bu prosesi gecikdirir, bərpa işlərinə ciddi əngəl törədir".
 
Ednews  xəbər verir ki, bunu Azərbaycan və Avropa Şurası arasında 20 illik əməkdaşlığa həsr olunmuş Avropa Şurasının Bakıdakı Ofisi, Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
 
Mahmud Məmməd-Quliyev vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycana təqdim olunan mina xəritələrinin yalnız 25 faizi dəqiqdir:
 
"Minatəmizləmə prosesi davam edir, amma biz hələ də itkilər veririk. son iki ildə 268 vətəndaş minaların qurbanı olub, onların bir qismi həlak olub, bir qismi ciddi xəsarətlər alıb. Biz həmçinin, beynəlxalq təşkilatları bu problemin öhdəsindən gəlmək üçün Azərbaycana dəstək verməyə çağırırıq”, - deyə o bildirib.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...