Şuşa-Xankəndi yolunda "Sarı gəlin" SƏSLƏNDİRİLİR - VİDEO - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Şuşa-Xankəndi yolunda "Sarı gəlin" SƏSLƏNDİRİLİR - VİDEO

Siyasət A- A A+
Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri "Sarı gəlin" mahnısını ifa ediblər. Ednews xəbər verir ki, bu barədə yerli “Telegram” kanallarında video görüntülər yayılıb. Görüntülərə əsasən aksiya iştirakçıları onlara irəliləməkdə mane olan sülhməramlılardan ibarət canlı səddin qarşısında bir ağızdan Azərbaycana məxsus mahnını səsləndirirlər. Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan Laçın yolunun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər. Aksiyanın gecə boyu davam edəcəyi bildirilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...