Xəbər verdiyimiz kimi dünən səhər saatlarından Xankəndi-Şuşa yolunda aksiyaya başlayan azərbaycanlı fəalların sayı durmadan artır.
Məsələyə bir sıra partiyalar da öz mövqeyini bildirib.
Ednews xəbər verir ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də aksiyalara qoşulmaq istəyən fəallara müraciət edib.
“Azərbaycanın diqqəti Şuşa - Laçın yolunda keçirilən aksiyaya kilidlənib. Bütün Azərbaycan aksiyaçılarlarladır, dəstək ifadə edir. Qarabağa, aksiya yerinə gedib qoşulmaq istəyənlərin müraciətləri hər an artır”.
O, həmçinin bildirir ki, burada siyasi partiyalardan müraciətlər də var.
“Bir neçə siyasi partiya rəhbərliyi ilə müzakirələr keçiririk. Gedişlə bağlı hüquqi problemləri həll etməyə çalışırıq”.
Ayan Rzayeva