Rusiyadan qaçan təlxək Ruben Vardanyan dekabrın 17-də Qarabağda Azərbaycanın faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı ilə məşğul olan “Base Metal” zavodunda olub.
Ednews xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.
O, zavod işçiləri ilə görüşündə hazırkı vəziyyətdə iki ssenarinin olduğunu bəyan edib.
“Birincisi, bu, mübarizədir. Etiraf etmək lazımdır ki, 10 noyabr 2020-ci ildən sonra sülh əldə edilməyib. Əslində müharibə davam edir”, deyə Vardanyan qeyd edib.
İkincisi o, ermənilərin Qarabağdan getməsini qəbuledilməz adlandırıb: “Biz buna heç vaxt yol verməməliyik. Döyüşə hazır olmalıyıq”.
Beləliklə, Vardanyan Azərbaycanla müharibənin davam etdiyini bir daha vurğulayıb.
Yeri gəlmişkən, onun sözlərini rəsmi Bakı terror çağırışı kimi qəbul etməlidir.