Dövlət orqanlarının kadr siyasəti ilə bağlı yeni QAYDA - Baş nazir TƏSDİQLƏDİ - ednews.net

28 Yanvar, Şənbə

(+994 50) 229-39-11

Dövlət orqanlarının kadr siyasəti ilə bağlı yeni QAYDA - Baş nazir TƏSDİQLƏDİ

Siyasət A- A A+

“Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası” təsdiqlənib. 

Ednews xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb. 

Bu Qayda 1-5-ci kateqoriya dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi qaydasını müəyyən edir.

Qaydanın məqsədi dövlət orqanları tərəfindən illik iş planı və illik hesabatın vahid forma üzrə hazırlanmasını təmin etməklə dövlət qulluğunda insan kapitalından səmərəli istifadəyə nail olmaqdır. 
Bu Qayda “Dövlət qulluğu haqqında” qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət orqanlarına şamil edilmir. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...