“Qardaş Türkiyə uzun müddətdir ki, terrorçuluqla mübarizə aparır”.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında milət vəkili Sabir Rüstəmxanlı səsləndirib.
“Bu cür təşkilatlardan biri olan PKK Türkiyə hökuməti tərəfindən terror təşkilatı kimi tanınıb. Lakin təəssüflər olsun ki, Azərbaycan hələ də PKK-nı terror təşkilatı kimi tanımır.
Eyni zamanda mətbuatda bəzi məlumatlara rast gəlirik ki, Azərbaycanda bəzi şəxslər iqtisadi cinayətlərlə məşğul olaraq, çirkli yollarla həmin terrorçu təşkilata yardım edirlər. Düşünürəm ki, bunun qarşısını almaq üçün dövlət daha fərqli addımlar atmalıdır”, - deyə deputat əlavə edib.