Ukraynanın Prezidenti Volodimir Zelenskidən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Ednews bildirir ki, təbrikdə deyilir:
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası həm Cənubi Qafqaz regionunda, həm də beynəlxalq arenada öz mövqelərini möhkəmləndirərək mühüm uğurlara nail olmuşdur. Əminəm ki, bu, gələcəkdə də davam edəcək.
Əminəm ki, ikitərəfli münasibətlərin mövcud potensialını birgə səylərlə maksimum surətdə reallaşdıra və Ukrayna-Azərbaycan əməkdaşlığını Qara dəniz-Xəzər regionunda təhlükəsizlik və sabitlik naminə daha da möhkəmləndirə bilərik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, güclü və firavan dövlətinizin gələcək inkişafı yolunda uğurlar və yeni nailiyyətlər arzu edirəm.