SİYASİ VARİSLİK VƏ DÜŞÜNCƏ HARMONİYASI

Siyasət 10:33 24.12.2022
Siyasi fəaliyyəti ilə dünya liderləri arasında özünə böyük nüfuz qazanmış Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dünyanın siyasi palitrasında oynadığı mühüm rol onun siyasətçi kimi öyrənilməsini şərtləndirən ən böyük amillərdən biridir. Dünyanın siyasi mərkəzlərində Prezident İlham Əliyevin çıxışlarının, onun siyasi gedişlərinin müxtəlif çalarlarının istiqamətlərinin səciyyəvi xüsusiyyətlərinin öyrənilməsi Zəfər müharibəsindən sonra daha da intensiv xarakter almışdır.
 
Göstərilən məsələ siyasətşünaslıq elmi qarşısında yeni vəzifələr müəyyənləşdirir. Bu mənada bütövlükdə Azərbaycanın siyasi-elmi informasiya məkanına və tarixşünaslığımıza ən vacib komponent kimi daxil olmuş Əliyevşünaslıq elminin müxtəlif metodlarla öyrənilməsi artıq tarixi zərurətə çevrilmişdir. Biz Əliyevşünaslıq elminin araşdırma mövzusu olan ata-oğul Əliyevləri eyni ailənin, bir soyun nümayəndəsi kimi deyil, ayrı-ayrı siyasi epoxaların davamı kimi tədqiq etməliyik. Hesab edirəm ki, Əliyevşünaslığın yeni və ənənəvi elmi yollarla, xüsusi tarixi üsullarla diaxronik və ya dövrləşdirmə, tarixi xronoloji, tarixi paralellər (müqayisəli-tarixi), tarixi modelləşdirmə (retrospektiv) və s. metodlarla araşdırılması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi iki nəhəng siyasi xadimin daha dərindən öyrənilməsi, siyasətşünaslıq və tarixşünaslıq elmləri üçün gözəl töhfə olar.
 
Atam addım-addım öz təcrübəsini mənə ötürüb
 
Siyasi varislik kontekstində Prezident İlham Əliyev davamçısı olduğu nəhəng siyasi xadim Heydər Əliyevdən öyrəndiyi təcrübəni necə qiymətləndirir? İlham Əliyev bu barədə deyib: "Mən çox eşitmişəm: "Onu atası aparır" və ya "Əgər Heydər Əliyev prezident olmasaydı, İlham heç nəyə nail olmazdı". Buna nə deyə bilərəm? Hər ölkədə hakimiyyətin vərəsəliyi çox vacibdir. Ona görə də Heydər Əliyevin öz varisi barədə narahat olması təbii idi. Bundan başqa, o, öz varisini əvvəlcədən hazırlamağa başlayıb. Atam addım-addım öz təcrübəsini mənə ötürüb və müxtəlif vəziyyətlərdə necə davranmaq lazım olduğunu deyib".
 
Cənab Prezidentin səsləndirdiyi bu fikirlər hansı təcrübədən qaynaqlanır?
 
Böyük siyasi lider Heydər Əliyevin vəzifə pillələri ilə sürətlə irəlilədiyi birinci dövrə nəzər yetirək. Azərbaycanın dahi oğlu hələ 1967-ci ildə Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunmuş və general-mayor rütbəsi almışdır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycana rəhbərlik etmişdir. Müqayisə edək. Cənab İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur.
 
Cənab İlham Əliyev 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞ PA-nın Büro üzvü seçilmişdir. 4 avqust 2003-cü il tarixdə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 15 oktaybr 2003-cü il tarixdə 42 yaşında Azərbaycan Republikasının Prezidenti seçilmişdir.
 
Bu vaxta qədər oğul Əliyev ata Əliyevdən hansı təcrübəni öyrənib? Keçmişə qayıdaq. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən olan Cəmşid Naxçıvanski adına 2 nömrəli xüsusiləşdirilmiş məktəbin yaradılması milli kadrların yetişdirilməsinə verilən ən böyük töhfə idi. Heydər Əliyev fəaliyyəti dövründə bir neçə dəfə həmin hərbi təhsil ocağını ziyarət edib. Bu səfərlərdən biri sovetlər dönəmində böyük təntənə ilə qeyd edilən faşizim üzərində qələbə bayramı münasibətilə 9 may 1978-ci ildə gerçəkləşib. Bu səfərdə Heydər Əliyevi siyasi varisi cənab İlham Əliyev də müşayiət edib. O vaxt İlham Əliyevin cəmi 17 yaşı var idi. Bundan başqa, 14 sentyabr 1981-ci ildə Heydər Əliyevin Şamaxıya səfəri zamanı 20 yaşlı İlham Əliyev onu müşayiət etmişdir. Heydər Əliyevin 2 oktyabr 1982-ci il Naxçıvan şəhərinə səfəri zamanı 21 yaşlı İlham Əliyev onu müşayiət etmişdir. Heydər Əliyevin 2 iyul 1982-ci il tarixli Lənkəran, 4 sentyabr 1982-ci il tarixli Sabirabad səfərləri də 21 yaşlı gənc siyasətçi İlham Əliyev üçün maraqlı təcrübə olmuşdur. Heydər Əliyev artıq 24 noyabr 1982-ci il tarixdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildikdən sonra Azərbaycana gəlişi çox böyük həyəcanla qarşılanırdı. Heydər Əliyevin 9 sentyabr 1983-cü il tarixdə Dəvəçi (indiki Şabran) rayonuna səfəri zamanı da məhz Ümummilli Lideri 22 yaşlı İlham Əliyev müşayiət etmişdir.
 
Tarixi Şuşa səfərləri
 
Poeziyaya həssas münasibəti olan Ulu Öndər Heydər Əliyev 1967-ci ildə Şuşada olarkən görkəmli şair M.P.Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin onu tapa bilməmişdi. Bundan sonra Heydər Əliyevin göstərişi ilə məzar tapılmış və Ulu Öndər pis vəziyyətdə olan dağılmış məzarı ziyarət etmişdi. Sonradan çıxışlarının birində bu məzarın Vaqifə layiq olmadığını vurğulayan Heydər Əliyev qərar verərək "Böyük şairə onun ad-sanına layiq məqbərə ucaldılmalıdır" söyləmişdi. 1977-ci ildə M.P.Vaqifin məzarı üzərində abidə kompleksinin tikintisinə başlanmışdır. Kompleks Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə lap yaxın bir ərazidə tikilmişdir. Vaqifin məqbərəsinin təntənəli açılışı isə 14 yanvar 1982-ci ildə Heydər Əliyevin iştirakı ilə baş tutmuşdu.
Həmin gün Şuşaya qar yağırdı və yollar buz bağlamışdı. Ulu Öndər Heydər Əliyevin Şuşaya gələcəyini eşidən şuşalılar və Qarabağın digər bölgələrindən bura üz tutan insanlar küçələrə axışaraq dahi şəxsiyyətin görüşünə çıxmışdılar.
 
Həmin vaxt Heydər Əliyevlə bərabər Şuşaya gedən İlham Əliyev düz 39 ildən sonra -15 yanvar 2021-ci ildə dövlət başçısı kimi Şuşaya səfər etdi. Ölkə Prezidenti illər əvvəl açılışı Heydər Əliyev tərəfindən keçirilən və işğal zamanı erməni vandallarının dağıtdığı Vaqifin tarixi məqbərəsinin qarşısında çıxış edərək o günləri belə xatırlamışdı: "...Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlarda var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı".
Bu, cənab Prezidentin Heydər Əliyevlə Şuşaya birinci səfəri idi. Cənab Prezidentin 2 avqust 1982-ci il Şuşa şəhərində Vaqif Poeziya Günlərində atası ilə birlikdə iştirak etməsi də onun yaddaşında möhkəm iz buraxmışdır. Prezident İlham Əliyev Şuşanın azad edilməsindən sonra bu barədə deyib: "Mən bu şəkilləri arxivdən tapmışdım. Vaqif Poeziya Günləri keçirilir, 1982-ci ilin yay ayında. Məqbərənin önündə Ulu Öndər Heydər Əliyev. İnsanlar da, bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın, burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbrin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax, budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik".
 
İlham Əliyevin Ulu Öndərin siyasi varisi adlandırılması onların bir-birlərinə təkcə ailə bağları ilə deyil, həm də siyasi düşüncə ilə bağlı olmalarının təzahürüdür. Məsələn, Heydər Əliyev Şuşa barədə deyib: "...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".
İlham Əliyev: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq.
 
2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!"
 
Hər iki siyasi lider ixtisasca tarixçidir. Onları birləşdirən dəyərlərdən biri də hadisələrə məhz tarixçi kimi qiymət vermələri və dəyərləndirmələridir. Ata-oğul Əliyevlər hər ikisi tarix peşəsini sevərək öyrənməklə həm də özləri Azərbaycan tarixinin bir parçasına çevrildilər. Hər iki siyasi xadim məhz tarix yazan nəhəng sima kimi yaddaşlara həkk olundular. Bu isə ata-oğul Əliyevlərin şəxsi və siyasi taleyinin qovuşması idi.
 
Heydər Əliyev və İlham Əliyev millət vəkili kimi
 
Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Hələ 17 noyabr 1990-cı ildə muxtar respublikanın ali qanunvericilik orqanında məhz Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılmışdı. Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyada muxtar respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarılmış, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək "Ali Məclis" adlandırılmışdı. Bunun ardınca 15 fevral 1991-ci il tarixdə Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etmişdi. Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün ən gözəl nümunə olmuşdu.
 
7 mart 1991-ci il tarixdə Azərbaycan Respublikası Ali Sovetində Sovetlər İttifaqının saxlanılması barədə referendum keçirilməsi haqqında məsələ müzakirə olunarkən Heydər Əliyev dərin məzmunlu nitq söyləyərək Sovet İttifaqında və Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyəti təhlil etmişdi. Sovet imperiyasının süquta doğru getdiyini tutarlı arqumentlərlə əsaslandırmışdı və Azərbaycanın gələcək müstəqilliyi üçün lazımi tədbirlərin görülməsinin vacibliyini vurğulamışdı.
 
O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilmişdi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdı.
Heydər Əliyevin millət vəkili kimi fəaliyyəti ayrıca araşdırma mövzusudur. Xüsusilə Heydər Əliyevin müstəqilliklə bağlı çağırışları, həyəcan dolu çıxışları, o cümlədən Azərbaycanın müstəqilliyini qəbul etməyənlərə qarşı sərt təpkisi onun parlamentari kimi fəaliyyətinin ən vacib səhifələrindən biridir.
 
Cənab Prezident İlham Əliyev 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətlə xidmət etmək nümunəsidir. Onun AŞ PA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, artıq keçmişdə qalmış "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri var. Avropa Şurasındakı fəaliyyəti, AŞ PA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə Qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazandırmışdır. O, AŞ PA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir (2003, yanvar). 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilmişdir.
 
Göründüyü kimi, hər iki siyasi liderin millət vəkili kimi qanunverici orqanda çox zəngin və faydalı fəaliyyəti olmuşdur.
 
Heydər Əliyev və İlham Əliyev tandeminin neft strategiyası
 
Müasir Azərbaycanın neft strategiyasının müəllifi olan Ümummilli Lider Heydər Əliyev bu strategiyanın formalaşmasında İlham Əliyevin diplomatik və siyasi bacarığından böyük məharətlə istifadə etmişdir. İlham Əliyev həmin strategiyaya uyğun müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya cəlb edilməsində mühüm rol oynamışdır.
İlham Əliyevin ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələrinin gücləndirilməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.
 
İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdır.
 
Siyasi xarizma paralelləri
 
Ümummilli Lider Heydər Əliyev dünyanın böyük imperiyalarından biri olan SSRİ-nin ən ali idarəetmə orqanı sayılan Nazirlər Sovetinin Birinci müavini və Siyasi Büro üzvü kimi ən üst vəzifədə çalışmaqla Sovetlər Birliyinin ən xarizmatik liderlərindən birinə çevrilmiş, SSRİ-nin idarəetmə sistemində təmsil olunan ən parlaq şəxsiyyət kimi daim diqqət çəkmişdi. Bu fikirlər dünyanın siyasi liderləri tərəfindən də dəfələrlə səsləndirilmişdir. Biz eyni fikirləri cənab Prezident İlham Əliyev haqqında da söyləyə bilərik.
 
Serbiya Prezidenti Aleksandar Vuçiç: "Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim".
 
Milli dil siyasətinə Heydər Əliyevin və İlham Əliyevin konseptual baxışı
 
Azərbaycanın SSRİ-nin tərkibində olduğu vaxtda, 1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Rus dilinin hakim dil olduğu sovetlər dönəmində buna nail olmaq qeyri-real görünürdü, lakin Heydər Əliyev dühası və cəsarəti bu məsələdə həlledici rol oynadı.
 
Burada vurğulamalıyıq ki, Sov.İKP MK-nın bu sahəyə məsul olan katibi Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya layihəsinə salınmasına etiraz edirdi. Hətta bəzi müttəfiq respublikaların rəhbərləri də bu məsələdə Heydər Əliyevə qarşı idilər. Ukrayna KP MK-nın birinci katibi Şerbitski Heydər Əliyevə qarşı çıxaraq deyirdi ki, siz konstitusiyanıza belə bir maddə yazdıqda, gərək biz də dövlət dili haqqında maddə əlavə edək. Lakin Azərbaycanın rəhbəri ona bildirmişdir ki, sizə heç kim mane olmur, böyük respublikasınız, ölkədə sizin xüsusi çəkiniz vardır, istəsəniz yaza bilərsiniz, kimsə sizə mane olmaz. Ulu Öndərin o dövrdə xalqımız üçün necə böyük, müqəddəs iş görməsi bu gün Rusiya-Ukrayna münasibətləri fonunda daha aydın görünür. Heydər Əliyev L.İ.Brejnevə problemi əhatəli, dərin məntiqi ilə əsaslandırır və bu məsələni Azərbaycan xalqının xeyrinə həll edir. Azərbaycan dilinin Konstitusiya layihəsində əksini tapması ilə yanaşı, bu layihədən hüquqi cəhətdən SSRİ-nin federativ dövlətdən unitar dövlətə keçməsinə zəmin yaradan "SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir" maddəsi də çıxarılır.
 
2 aprel 1978-ci ildə IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-in Konstitusiya layihəsinin və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə yeni redaksiyada verilir: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 21 aprel 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
 
Qeyd etməliyik ki, 1921-ci ildə Azərbaycan SSR Konstitusiyasında dilimiz haqqında heç bir maddə salınmamışdır. 1937-ci ildə isə Azərbaycan SSR Konstitusiyası layihəsində nəzərdə tutulur ki, dövlət dili türk dilidir. Moskvadan tapşırıq gəlir ki, həmin maddə çıxarılsın. Belə də olur, sonra isə bu məsələ tamamilə unudulur.
 
Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi müddətdə yenə də dil məsələsini əsas prioritet siyasət kimi diqqətdə saxladı. 2001-ci ilin iyununda "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması, 2001-ci il avqust ayının 1-də latın qrafikalı Azərbaycan əlifbasına keçidin təmin olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Dil Komissiyasının təşkili, 1 Avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi, 2002-ci ilin sentyabrında "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunun qüvvəyə minməsi Heydər Əliyevin müstəqillik dövründə ana dilimizin inkişafına göstərdiyi diqqətin göstəriciləridir.
Heydər Əliyevin milli dil siyasəti İlham Əliyevin siyasi fəaliyyətində də ən yüksək formada davam etdirilir. Azərbaycan xalqının maraqla və həyəcanla izlədiyi 44 günlük müharibə zamanı cənab Prezidentdən toponimlərin milliləşdirilməsi ilə bağlı rəsmi sərəncamlar və çağırışların şahidi olduq. Prezident İlham Əliyev: "Madagizin tarixi adını bərpa edirəm, bundan sonra Suqovuşan adlandırılır".
 
Bundan başqa, Qərbi Azərbaycan toponimlərinin saxta erməni adları ilə adlandırılmasına etiraz edən cənab İlham Əliyev tarixi torpaqların sahibi kimi ermənilərə səslənərək o torpaqların əsl adı ilə çağırılmasının vacibliyini vurğulamışdır.
 
İki böyük lideri birləşdirən ən böyük dəyərlərdən biri də məhz beynəlxalq türk birliyinin yaradılmasıdır. Beynəlxalq türk birliyinin türk dövlətlərinin müxtəlif platformalarda bir təsisatda birləşdirilməsi ideyası Heydər Əliyev tərəfindən əsası qoyulmuş ideya kimi İlham Əliyevin dönəmində ən yüksək zirvəsinə çatdı.
Hadisələr göstərdi ki, müstəqil Azərbaycanın qurucusu və lideri Heydər Əliyevin uğurlu siyasi varisi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı işıqlı gələcəyə aparan yeganə alternativsiz yoldur!
 
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO

Xəbər xətti

Slovakiyanın Baş nazirinin əməliyyatı uğurlu keçib
01:00 16.05.2024
Azərbaycan Basketbol Liqası: Üçüncü yer uğrunda oyun keçirilib
00:10 16.05.2024
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
23:40 15.05.2024
Batumi Dövlət Universitetinin qarşısında "xarici agentlər haqqında" qanuna etiraz aksiyası bərpa olunub
23:24 15.05.2024
Səbinə Əliyeva “Rusiya-İslam dünyası: KazanForum” 2024 XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib
23:00 15.05.2024
ABŞ-də dövlət bayraqları yarıya endirilib
22:40 15.05.2024
Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır
22:29 15.05.2024
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
22:12 15.05.2024
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
21:57 15.05.2024
Portuqaliyada Qlobal Dialoq Forumu öz işinə başlayıb
21:38 15.05.2024
"Yuventus" klubu Tyaqo Motta ilə razılığa gəlib
21:22 15.05.2024
Kobaxidze: Robert Fitsoya qarşı hücumu qətiyyətlə pisləyirik
21:00 15.05.2024
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq forumda iştirak edib
20:49 15.05.2024
"Jirona" klubu Niderland millisinin futbolçusu ilə müqavilə müddətini uzadıb
20:38 15.05.2024
Müxalifətçi yazıçı Slovakiya Baş nazirinə sui-qəsd cəhdində şübhəli bilinir
20:29 15.05.2024
Nazir: Aİ ilə uşaqları və gəncləri mina təhlükəsi barədə maarifləndirmək üzrə əməkdaşlıq edirik
20:08 15.05.2024
Azərbaycan Prezidenti Slovakiyanın Baş nazirinə edilən sui-qəsd cəhdini şiddətlə qınayıb
20:00 15.05.2024
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib
19:44 15.05.2024
Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
19:33 15.05.2024
Azərbaycan Belarusla nəqliyyat sahəsində rəqəmsallaşma ilə bağlı müzakirələr aparıb
19:20 15.05.2024
Belarus Prezidenti Azərbaycana dövlət səfərinə gəlir
19:00 15.05.2024
Karyerasını bitirən Azərbaycan güləşçisi: Mənə Ermənistan idmançılarının qənimi kimi baxırdılar
18:47 15.05.2024
Sabah Cəlilabadın 3 kəndində qaz təchizatında məhdudiyyət olacaq
18:34 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Prezident: COP29-da dini liderlərin zirvə görüşü iqlim problemlərinin həllində həmrəyliyin vacibliyini təsdiqləyəcək
18:20 15.05.2024
Küveytdə yeni hökumət and içib
17:50 15.05.2024
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
DSMF və UNICEF arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:40 15.05.2024
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
Azərbaycan səfiri Mövlud Çavuşoğlu ilə görüşüb
17:40 15.05.2024
Slovakiyanın Baş naziri yaralanıb
17:30 15.05.2024
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
İqtisadiyyat Nazirliyi: Azərbaycanda qiymətləndiricilərlə bağlı tələblər dəyişib
17:20 15.05.2024
Avropa Parlamentinin deputatı Şuşada olub
Avropa Parlamentinin deputatı Şuşada olub
17:10 15.05.2024
Hərbi ekspert: "Erməni polkovnikin rüşvəti rus generalı həbsə apardı" - VIDEO
17:00 15.05.2024
Azərbaycan və Gürcüstan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyəti gücləndirir
16:50 15.05.2024
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır
16:40 15.05.2024
Bayden və Zelenski yaxın həftələrdə görüşə bilərlər
16:30 15.05.2024
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlıq müzakirə edilib
16:20 15.05.2024
İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd edib
16:15 15.05.2024
Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
16:10 15.05.2024
Ədalət Verdiyev: Delimitasiya dayanarsa... - VIDEO
16:05 15.05.2024
Azərbaycanın Yaşıl Enerjiyə yönəlməsi Avrasiya ölkələri üçün həlledici rol oynayacaq – ANALİTİKA
16:00 15.05.2024
Hamısı