Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, “Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri General-leytenant Niyaməddin Məhərrəm oğlu Tağıyev vəzifəsindən azad olunub.
Ednews xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında verilib.
Məlumatda qeyd olunur ki, o, qurumun Mərkəzi Aparatında idarə rəisi təyin olunub.
Polkovnik Bəhmən Babayev "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsinə təyin olunub.
Polkovnik Bəhmən Babayev bundan öncə Dövlət Sərhəd Xidməti "Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində idi.