"BAMF tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaşayan əhali üçün mina təhlükəsizliyi, minatəmizləmə prosesi haqqında maarifləndirmə tədbirləri keçirilir ki, buna da olduqca yüksək qiymətləndiririk".
Bu sözləri “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə fondun 30 illiyi ilə bağlı ünvanladığı təbrik məktubunda deyib.
Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.
BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.
Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.