2023-cü ildə Zəngəzur dəhlizi açıla BİLƏR ŞƏRH

Siyasət 13:19 06.01.2023

Prezident İlham Əliyevin Yeni il müraciətində bir çox mühüm məqamlara toxunub. Onlardan ən vacib məsələ isə Zəngəzur dəhlizinin açılması ilə bağlıdır.

Ölkə başçısı bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar genişmiqyaslı işlər aparılır, dəmir yolları, avtomobil yolları çəkilir: “Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi mütləq açılacaq. Biz ortaya güclü iradə qoymuşuq, bütün işlər plan üzrə gedir. Bizim tələbimiz əsaslıdır və ədalətlidir”.

2023-cü ildə Zəngəzur dəhlizi açıla bilərmi? Ednews bu barədə ictimai şəxslərin fikirlərini öyrənib. Cavabları təqdim edirik:

Deputat Arzu Nağıyev açıqlamasında dövlət başçısının fikirlərinin mühüm əhəmiyyətə malik olduğunu söyləyib:

“Cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama tək Ermənistana və ya onların havadarlarına deyil, dünya ictimaiyyətinə bir mesajdır. Dəfələrlə qeyd edilib ki, məhz Zəngəzur dəhlizi tək iki dövlətin istəyi ilə reallaşan məsələ kimi düşünülməməlidir, bu, artıq bütün dünya iqtisadiyyatına töhfə verəcək bir məsələdir, reallaşması mütləqdir və belə də olacaq. Sadəcə olaraq, ermənilər nəzarət mexanizmini öz əllərində və ya havadar qüvvələrin əlində saxlamağa çalışırlar, bu isə mümkün olmayan bir işdir. İstər Çin, istər ABŞ və ya digər super güclər Ermənistanın istəyi ilə iqtisadi münasibətlər qurmurlar, hər dövlətin öz maraq və məramları var. Bundan başqa, dünyanın aparıcı analitikləri 2023-cü ilin məhz Türk Dövlətləri Təşkilatı və GUAM-la işbirliyi qurulmasını ön plana çəkirlər. Təbii ki, regional konfliktlər nəzərə alınacaq və maneə törədə biləcək istənilən addımlar lokallaşdırılacaq”.

A.Nağıyevin sözlərinə görə, buraya təbii ki, Ermənistan da daxildir:

“Ermənistan və ya Fransa, başqa dövlətlər tərəfindən verilən qeyri-adekvat bəyanat və addımları da bura aid etmək olar. Zəngəzur dəhlizinin açılması son nəticədə hərbi yolla da reallaşa bilər. Zəngəzur dəhlizinin açılması tək regionda deyil, ümumiyyətlə, dünyada istər Avropada, Asiyada, hətta bu gün ən maraq doğuran region olan Afrikada belə iqtisadi vəziyyətin yaxşılaşmasına xidmət edəcək və ticarət imkanlarını daha da artıracaq. Deməli, əsas məsələ tezliklə sülhün imzalanmasından keçir. Bunun əngəllənməsinə, müxtəlif bəhanələr gətirilə bilər, lakin bütün hər bir verilən bəyanat faktlara əsaslanmalıdır”.

Deputatın fikrincə, Paşinyan ilk növbədə daxili auditoriyanı sakitləşdirməli, sonra da Rusiya ilə bağlı qeyri-adekvat addımlardan çəkinməlidir:

“Ermənistanın baş naziri Fransanın regiona gələcəyinə xalqını inandırmağa çalışsa da, bunun çıxış yolu olmadığını dərk etməlidir. Bir sözlə, regionun gələcək inkişafı məhz Azərbaycanla bağlıdır və bunu da Ali Baş Komandan öz çıxışında bildirdi”.

Politoloq Natiq Mirinin sözləriə görə, 2023-cü il Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların əldə oluna biləcəyi ehtimalı mümkündür.

“Zəngəzur dəhlizi təkcə Azərbaycan və Türkiyənin geosiyasi maraqları çərçivəsində olan bir dəhliz deyil. Rusiya Ukrayna müharibəsi kontekstində yeni lojistika, yeni komunikasiya sistemləri ortaya çıxıb və bu gün ən aktual məsələlərdən biridə budur. Çindən başlayaraq Avropaya qədər uzanacaq olan bu dəhlizin əsas birləşdirici nöqtəsi məhz Azərbaycandır. Azərbaycandan keçən bu yol ən qısa yol hesab edilir. Əgər Zəngəzur dəhlizi açılarsa Türkiyə, ordan da Qara dəniz vasitəsilə Avropaya çox rahatlıqla bütün yüklər daşına bilər. Ona görə də bu məsələ təkcə ölkəmizin məsələsi deyil”.

N.Miri həmçinin əlavə edib ki, bu məsələ Azərbaycanı aşan və bir çox qlobal, regional güclərin geosiyasi maraqlarını ehtiva edən bir məsələyə çevrilib. O baxımdan cırtdan Ermənistan hara qədər dirəniş göstərə biləcək? Bu gün bu sual hələ də qalmaqdadır. Ermənistana havadarlıq edən, proseslərə maneçilik törədən Fransa və İran kimi ölkələr mövcuddur. Gələcək perespektivdə düşünürəm ki, bu da əngəl olmaq üçün yetərli olmayacaq. Konkret olaraq birbaşa dəhlizin, istər dəmiryolu, istər avtomobil yolu vasitəsilə fəaliyyəti məsələsi bu il mümkün deyil. Çünki ən azından 2024-cü ilə qədər Azərbaycanın çəkdiyi dəmir yolu və avtomobil yolu hazır olacaq. Problem ondandır ki, Ermənistan bu məsələni nəinki siyasi razılıq verməyib, eyni zamanda həm də bu yöndə konkret hazırlıqlar və layihələr də ortalığa təqdim etməyib”.

Siyasi şərhçi hesab edir ki, 2023-cü ildə siyasi razılaşlamalar ehtimal edilir.

“Artıq qlobal səviyyədə istər Rusiya, istərsə də Qərbin ipini çəkən ABŞ 2023-cü ildə Azərbaycan Ermənistan münasibətlərinin tənzimləməsində maraqlı görünürlər. Çünki əks təqdirdə Rusiyanı bu prosesdə sıxışdırıb çıxaracaqlar. Zəngəzur dəhlizi açılmadığı təqdirdə yeni hərbi qarşıdurma riskini yaradacaq. Bu qarşıdurma təkcə Azərbaycan Ermənistan üçün deyil, digər regional və qlobal güclər üçün də həssas bir məsələdir”.

Oğuz Ayvaz  

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Hamısı