"Əfşarlar və Qacarlar öz təcrübələrinə əsasən İranda demokratik rejim qura bilərlər" Güneyli fəaldan ŞƏRH

Siyasət 19:30 17.01.2023

ABŞ-da yaşayan, demokratlara yaxınlığı ilə seçilən, Qərbin akademik liberal-sol dairələrində geniş rəğbətə malik şah rejiminin varisləri, xüsusilə Pəhləvilər, Londonda yaşayan türk mənşəli Əfşarlar və Qacarlar İran hökumətinə iddialı olduqlarını, İranı idarə etmək və ölkədə molla rejimini devirərək Qərbyönümlü idarəetmə sistemi qurmaq istədiklərini bildiriblər.

Ümumiyyətlə, İran və Yaxın Şərq tarixində öz hörməti və adı-sanı ilə tanınan bu üç nəslin davamçıları, həqiqətənmi İranda hakimiyyəti ələ aldıqları təqdirdə ölkədə Qərb-modelli demokratik rejim quracaqlar, yoxsa əvvəlki idarəetmə üsulları kimi avtoritar mərkəzləşdirilmiş sistem qurub xalqların hüquqlarını tapdalayacaqlar? 

Ednews-un sualına cavablandıran Savalan Araşdırmalar Mərkəzinin rəhbəri Sadiq İsabəyli bildirib ki, İranın idarəetmə tarixində Əfşarlar, Qacarlar və Pəhləvilər arasında xeyli fərqlər mövcuddur. 

Onun sözlərinə görə, türk mənşəli şahların idarəetmə sistemi və ictimai-siyasi mövqeyi farslara nisbətən daha ədalətli olub.

“İstər Əfşarlar, istərsə Qacarlar dövründə, hətta Səfəvilər dövründə belə monarxiya sistemi mərkəzləşdirilmiş qaydada və üsulda idarə olunmayıb. Ölkənin idarə olunmasında yerli xanların və bəylərin rolları çox böyük olub. Həmin dövrlərdə şahın bir sıra məsələlərə müdaxilə imkanları məhdud olub. Əlbəttə, müharibə və üsyanların baş verdiyi, eləcə də xanların mərkəzi hakimiyyətə tabe olmadıqları təqdirdə şahın və onun əlaltılarının müdaxilə ehtimalları çox olurdu. Amma istənilən halda hər bir xan və bəy öz ərazisini, ordusunu idarə etməkdə sərbəst və azad idi. Şahın bu məsələlərə qarışmaq haqqı yox idi. Lakin 1925-ci ildə ingilislərin dəstəyi və çevriliş yolu ilə hakimiyyətə gələn fars mənşəli Pəhləvilər ciddi mərkəzləşdirilmiş hakimiyyət quraraq bütün siyasi ənənələri aradan qaldırdılar. Sərt avtoritar sistem formalaşdırdılar. Bu Məşrutə dövründə qəbul olunan qanunun aliliyinə və insan hüquqlarına xəyanət idi”.

Sadiq İsabəyli vurğulayıb ki, İranda hazırda insan hüquqları və azadlıqları, o cümlədən qeyri-fars millətlərin milli-mədəni və öz müqəddaratını təyin etmək hüquqları siyasi mübarizənin gündəmində ön sırada dururlar.

“Molla rejiminin devrilməsindən sonra yeni idarəetmə sisteminin formalaşmasına gəlincə isə Pəhləvilər yenidən hakimiyyətə gəldikləri təqdirdə avtoritar rejim qurmağa üstünlük verəcəklər. Əfşarların və Qacarların istəklərində fərqliliklər var. İranda türk mənşəli ünsürlərin hakimiyyəti dövründə tətbiq olunan təcrübələrə əsasən Əfşarlar və Qacarlar müəyyən mənada demokratik idarəetmənin, xalqın maraqlarını nəzərə alan rejimin qurulmasına yiyələnəcəklər. Onu da qeyd edim ki, İranda bir daha növbəti avtoritar rejimin qurulmasına imkan verilməyəcək. Ona görə ki, İran adlanan məmləkətdə qeyri-fars millətlərin milli-siyasi azadlıqlarına yönəlik proseslər müşahidə olunmaqdadır. Bu istiqamətdə proseslər daha da cərəyan edəcək. Azərbaycan türkləri bu mübarizədə geniş imkanlara malikdirlər”.

Yunis Abdullayev  

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Hamısı