Azərbaycanla Rusiya beynəlxalq tibbi sanitariya qaydalarının tətbiqində ƏMƏKDAŞLIQ EDƏCƏK - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycanla Rusiya beynəlxalq tibbi sanitariya qaydalarının tətbiqində ƏMƏKDAŞLIQ EDƏCƏK

Siyasət A- A A+

Azərbaycanla Rusiya arasında beynəlxalq tibbi sanitariya qaydalarının tətbiqi ilə bağlı saziş təsdiqlənib. 

Ednews xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. 

Fərmana görə, 2022-ci il noyabrın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında Beynəlxalq tibbi sanitariya qaydalarının (2005-ci il) tətbiqi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. 

Saziş qüvvəyə mindikdən sonra Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. 

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...