Ötən il Azərbaycan 14 989 675,87 min ABŞ dolları dəyərində 18 965 213,42 min kubmetr təbii qaz ixrac edib.
Ednews xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
Belə ki, 2021-ci ilin göstəricisi ilə müqayisədə ixrac olunan qazın həcmi 5,4% azalıb, dəyəri isə 2,7 dəfə artıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 5 534 398,34 min ABŞ dolları dəyərində 20 046 650,21 min kubmetr təbii qaz ixrac edib. 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3%, dəyəri isə 2,5 dəfə artıb.
Məlumata görə, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.