Ukrayna Azərbaycana Qarabağ müharibəsində istifadə olunacaq silah verməyib.
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak “Azatutyun”a müsahibəsində danışıb.
Jurnalistin Ukraynanın Azərbaycana Qarabağ müharibəsində istifadə olunan silahları, xüsusən də fosfor bombalarını verib-verməməsi ilə bağlı sualına Podolyak mənfi cavab verib.
“Ukrayna rəsmi olaraq neytral statusa malikdir. Və bacardıqca biz münaqişə nöqtələrinə silah tədarükü imkanlarını minimuma endirmişik. Münaqişəni qızışdırmaq və ya təhrik etmək üçün bu və ya digər ölkənin (Ermənistanı nəzərdə tutur) mübahisəli, münaqişəli situasiyalarda iştirakının mənası yoxdur”, - Podolyak bildirib.