“Milli Məclisin nüfuzu ilə bağlı şübhə yarada biləcək sözlər sərf etməməliyik” Erkin Qədirliyə həmkarlarından CAVAB

Siyasət 12:01 26.01.2023

Xəbər verdiyimiz kimi, deputat Erkin Qədirlinin bloqer Mehman Hüseynovla kiçik müsahibəsi müzakirələrə səbəb olub. Bloqer deputata cəmi bir sual ünvanlayıb: “Mənə Milli Məclisdən bir deputatın adını çəkin ki, həqiqətən də xalqın səsini qazanıb və parlamentdə oturub”.

Erkin Qədirli isə “Vallah heç onu özüm barədə də deyə bilmirəm. Demokratik seçki olsa, onda əminliklə demək olardı. Amma bizdə demokratik seçki yoxdur axı” cavabını verib.

Məsələ ilə bağlı Ednews-a fikirlərini bölüşən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib ki, hər bir vətəndaş kimi, həmkarım da fikir və qənaətlərində azaddır. Ancaq fikrimcə, tək özü deyil, başqaları, konkret olaraq Milli Məclisdə təmsil olunan bütün deputat həmkarları adından belə bir açıqlama verməsi düzgün deyil.

“Bu, ən azı bir sıra suallara yol açır. Məsələn, əgər seçki qeyri-demokratik keçirilirsə və həmkarım da seçicilərinin səsini qazanıb-qazanmadığını bilmirsə, onda nədən 3 ilə yaxındır ki, Milli Məclisdə təmsil olunur? Üstəlik, Erkin bəy nəinki qanunverici orqanda deputat kimi seçicilərini, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlarda və dostluq qruplarında da Milli Məclisi təmsil edir. Yaxud, əgər həmkarım həqiqətən seçicilərinin səslərini qazanıb-qazanmadığını bilmirsə, bu ona dəlalət edirmi ki, bu qənaətə bütün deputatlara münasibətdə gələ bilər və ya heç bir deputat xalqın səsini qazanmayıb?"

Deputat bildirib ki, təmsil olunduğum 17 saylı dairə ilə “qonşu” olan həmkarından belə cavab gözləmirdi:

"Ona görə gözləmirdim ki, biz ikimiz də eyni rayondan seçilmiş deputatlarıq, müxtəlif tədbirlərdə birgə iştirak edirik, ən azı seçicilərlə keçirdiyimiz qəbullarda müxtəlif şikayətlər, problemlərlə müraciət edən sakinlərin qaldırdıqları məsələləri icra orqanları ilə həll etməyə çalışırıq. Və bu zaman məhz millət vəkili statusumuzdan istifadə edirik. Seçilmiş deputat olaraq. Qəbulumuza, yanımıza gələn həmin sakinlər də məhz deputat olduğumuz üçün bizə müraciət edirlər. Belə çıxır ki, o, qeyir-demokratik yolla seçilib və bundan istifadə edib legitim icra orqanları ilə seçicilərin problemlərini həll edir?"

"Mən 17 saylı Yasamal üçüncü seçki dairəsinin deputatı olaraq seçildiyim ilk gündən seçicilərimin problemləri və qayğıları ilə yaxından maraqlanmağa və onların həlli işində dəstək olmağa çalışmışam, bu gün də bu işi davam etdirirəm. Dairədə gördüyüm işlər barədə sosial şəbəkələrdəki hesablarım vasitəsilə mütəmadi məlumat paylaşıram. O cümlədən, ilin ilk yarısı və sonunda fəaliyyətim barədə geniş hesabatımı bölüşürəm. Ancaq düşünürəm ki, hələ seçicilərimin istək və arzularını tam yerinə yetirə bilməmişəm. Bu baxımdan, təbii ki, hər bir deputat yalnız öz dairəsi, seçiciləri ilə bağlı nəyisə yəqin söyləməlidir. Ona səs verən seçicilərini tanımalı, onların problemləri ilə maraqlanmalıdır. Bunun üçün seçiciləri ilə daim ünsiyyətdə olmalı, onların qayğıları ilə ilgilənməlidir. Bu halda əminliklə seçildiyini, ya seçilmədiyini də bəyan edə bilər. Çünki həmin münasibəti seçicilərindən görür və gördüyü münasibət də onun əminliyinin başlıca şərtidir.

Demokratiyanı şübhə altına salan həmkarımdan fərqli olaraq mən düşünürəm ki, hər kəs öz mövqeyində, söylədiklərində və dünyagörüşündə azaddır. O cümlədən, təmsil etdiyi orqanı belə demək mümkündürsə, bəyənmirsə, yenə də qərarı özü verməlidir. Biz sadəcə olaraq təəssüf edə bilərik", - o, əlavə edib.

Millət vəkili Hikmət Babaoğlu isə qeyd etdi ki, Erkin Qədirlinin  sosial şəbəkələrə verdiyi açıqlamasında öz  deputatlıq statusunu şübə altına alan fikirlər bildirməsi ziddiyətli və anlaşılmazdır. Ona görə ki, Erkin bəy siyasətçi olmaqla bərabər həm də hüquqşunasdır  və səsləndirdiyi fikirlərin hansı hüquqi nəticələr doğura bilməsi ilə bağlı aydın təsəvvürləri var.

“Məsələn, nəticəsinə hüquqi baxımdan şübhə etdiyi  seçkilərin ona verdiyi mandatı qəbul etməsi onun hüquqa münasibətinin göstəricisi hesab oluna bilər. Yəni Erkin bəy, iddia etdiyi kimi , hüquq pozuntusu nəticəsində əldə etdiyi mandat hüququndan imtina etmirsə deməli o hüquqa da  hörmət etməmiş hesab oluna bilər. Yaxud demokratik hesab etmədiyi seçkinin nəticəsini qəbul edirsə deməli siyasətçi kimi onun demokratiyaya da münasibəti birmənalı qəbul olunmaya bilər. Ona görə də belə məsələlərdə diqqətli olmalı və təmsil olunduğumuz Milli Məclisin nüfuzu və legitimliyi ilə bağlı şübhə yarada biləcək sözlər sərf etməməliyik. Nəticə etibarilə bu həm də deputatlara səs vermiş seçicilərin səslərinə hörmətsizlik kimi qəbul edilə bilər”.

Oğuz Ayvaz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı