Umud Mirzəyev: “Erməni terrorçularına dünyada ən çox qucaq açan ölkələrdən biri də İrandır” - AÇIQLAMA - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Umud Mirzəyev: “Erməni terrorçularına dünyada ən çox qucaq açan ölkələrdən biri də İrandır” - AÇIQLAMA

Siyasət A- A A+

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücüm olub. Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı qəhrəmancasına həlak olub, iki nəfər isə yaralanıb. 

Hadisə ilə bağlı Ednews-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev açıqlamasında bildirib ki, bu hadisə təxminən Qarabağda törədilən vandalizmin davamıdır. Bizim bu gün uğurlarımızı qısqanan, torpaqlarımızın geri qayıtmasından pərişan olan bəlli bir kəsim var. Onlar dünyanın müxtəlif yerlərində mövcuddur.

“Çox üzücü xəbərdir. Biz səfirliklərə edilən istənilən hücumu qətiyyətlə pisləyirik və ev sahibi ölkə tərəfindən Vyana Konvensiyasının yerinə yetirilməsinə çağırırıq. 

 Azərbaycanın uğurları ilə heç cür barışa bilmirlər. Onlar quduzlaşmış durumdadırlar. Ona görə də hadisədən çox təəssüf hissi keçirirəm. Dünyasını dəyişən soydaşımıza Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı verirəm. Eyni zamanda bizim digər ölkələrdə olan səfirliklərimizdə də bu cür halların ola biləcəyini istisna etmirəm. Bu gün Qarabağda olan uğurlarımızı qısqanan insanlar başqa yerlərdə hər vəchlə çalışacaqlar ki, problem yaratsınlar. Son dövrlər ictimai sektorun, vətəndaş cəmiyyətinin Xankəndi-Laçın yolunda keçirdiyi aksiyadan pərişan olanlar dünyaya erməni xalqını məzlum xalq kimi təqdim etməyə çalışdı. Onların bütün çabaları, oyunları, əl atdıqları bütün yerlər boşa çıxır. Ermənistan bir dövlət deyil, terrorist zümrədir. Onlar fəaliyyətə başladıqları ilk gündən dağıtmaq, partlatmaq, öldürmək, terror etmək missiyasını daşıyırlar”. 

U.Mirzəyevin qeyd edib ki, hazırda gərgin olan İranla Azərbaycan münasibətləri daha da gərginləşə bilər. Onun sözlərinə görə, hadisəni törədən şəxsin İranlı olub-olmamasından asılı olmayaraq onları da Qarabağda uzun illər terrora dəstək verənlərdən biri hesab edir. 

“Hadisəni İran vətəndaşı olan biri edib. İran hökuməti bu hadisədə birbaşa məsuliyyət daşıyır. İranda baş verən hadisənin bu gün baş verməsi onun son dövlərdə yürütdüyü siyasətin nəticəsidir. Erməni terrorçularına dünyada ən çox qucaq açan ölkələrdən biri də İrandır”.

Qeyd edək ki, dəfələrlə Azərbaycanın Gürcüstandakı, Fransadakı, İngiltərədəki səfirliklərinə ermənilər tərəfindən hücumlar həyata keçirlib.  

Oğuz Ayvaz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...