Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanın KİMLİYİ - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanın KİMLİYİ

Siyasət A- A A+
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən şəxsin kimliyi məlum olub.
 
Ednews sosial şəbəkə paylaşılan məlumatlara istinadən xəbər verir ki, həmin şəxs Vasif Tağıyevdir.
 
O, səfirliyimizə edilən terror aktı zamanı silahlı şəxsin üstünə əliyalın atılıb və onu zərərsizləşdirib. Qəhrəmanımız ailəlidir, üç övladı var. V.Tağıyevin Şuşadan olduğu bildirilir.
 
 
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
 
Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
 
Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovdur. Onun iki övladı var. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...