İtaliya XİN səfirliyimizdə törədilən terroru PİSLƏDİ - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

İtaliya XİN səfirliyimizdə törədilən terroru PİSLƏDİ

Siyasət A- A A+

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu pisləyib.

Ednews xəbər verir ki, bu barədə nazirliyin “Twitter” hesabında qeyd edilib.

“Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə həmrəyliyimizi bildiririk. Həlak olanın ailəsinə başsağlığı verir və yaralıların tezliklə şəfa tapmasını diləyirik”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, ötən gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...