İsrail-İran gərginliyi: “Biz heç vaxt tərəfdarlara güvənmirik” Ekspertdən MARAQLI AÇIQLAMA - ÖZƏL

Siyasət 12:53 01.02.2023

Son günlər İsraillə İran arasında kəskinləşən münasibətlər bir növ müharibə abi-havasını daha da fəallaşdırıb. Artıq İranın hərbi bazalarına atılan raketlərdə İsrailin adının hallanması bu baxımdan ciddi önəm daşımağa başlayıb. 

Ednews-a açıqlamasında İsrailli siyasi ekspert Baruk Leviyev proseslərə aydınlıq gətirib. 

ברוך ליוייב-Baruch Leviev-Барух Ливиев (@Jerusalemhand ...

“Gərginlik həmişə mövcud olub, bəlkə də kənardan hamı buna fərqli baxırdı, amma İsraildə həm hərbi rəhbərlik, həm siyasi qurum, həm də İsrail xalqı kimi hamı İranın kim olduğunu və məqsədlərinin nə olduğunu aydın başa düşür. Hərbi nöqteyi-nəzərdən, istər bu gün, istər sabah, istərsə də yaxın vaxtlarda müharibə olsa da, İsrail ordusu daim döyüş hazırlığındadır,” deyə, ekspert bildirib. 

Müharibənin başlaması üçün hərəkətverici amilin nə olduğuna toxunan B.Leviyev əlavə edib ki, hər şey buna səbəb ola bilər: “Buna səbəb ölkə daxilində ən kiçik qığılcım və ya sərhəddə təxribat belə ola bilər. Bununla belə, sual hələ də cavabını tapa bilmir. Tərəflərdən hansının müharibəyə birinci başlamaq istəyəcəyi məlum deyil. Hesab edirəm ki, istənilən müharibədə təkcə bununla birbaşa əlaqəli olan dövlətlərin deyil, kənardan bəzi dövlətlərin də müəyyən maraqları var”.

Politoloq vurğulayıb ki, İsrail müharibə olacağı təqdirdə heç bir tərəfi buna cəlb etmək niyyətində deyil.

“İsrailin heç kimi müharibəyə sürükləməsinə ehtiyacı yoxdur. Hətta bizim heç bir qlobal strategiyamız belə yoxdur. Məqsədimiz vətənimizi, xalqımızı qorumaqdır. Digər ölkələrin, məsələn, Rusiya və ABŞ kimi böyük dövlətlərin hər hansı hərbi münaqişəyə cəlb olunma ehtimalı daha yüksəkdir və onların strategiyası fərqlidir. İranın belə düşünə biləcəyini istisna etmirəm. Onlar da öz növbəsində açıq şəkildə bildirirlər ki, ABŞ-ın məqsədi guya onların ölkəsini, “İslam dünyası”nı məhv etməkdir”.

Müttəfiqlik məsələsinə toxunan siyasi ekspert “müttəfiqlikdə güvəndən söz gedə bilməz” deyə vurğulayıb.

“İsrail tərəfdar görmür. Biz heç vaxt tərəfdarlara güvənmirik. Lakin diplomatik qaydalara əsasən bizim müttəfiqimiz 99,9% ABŞ olub və elə də qalır. Mən bura İngiltərə və Aİ ölkələrinidə əlavə edə bilərəm. Yeni müttəfiqlər arasında Azərbaycanı da qeyd etmək olar. Baxmayaraq ki, hamı bu barədə ehtiyatla danışır, mən bu siyahıya Azərbaycanı da əlavə edə bilərəm. Bu çox həssas məsələdir. Çünki Azərbaycan və İran iki müsəlman ölkəsidir. Bununla belə, mən və bir çox digər ekspertlər hesab edirik ki, Azərbaycan həqiqətən də İsrailin regionda strateji tərəfdaşı və müttəfiqidir.”

İsrailin ikinci Qarabağ müharibəsində Azərbaycana hərtərəfli dəstəyini nəzərə alaraq, İsrailin Azərbacandan hansı dəstəyi gözləməsi məsələsinə toxunan Baruk Leviyev qeyd edib ki, İranla İsrail nə qədər düşmən olsa da, müharibə etməyin heç bir mənası yoxdur.

“Müharibənin birmənalı olaraq tərəfdarı deyiləm və bu heç kimə lazım deyil, xüsusən də İranla sərhəddə yerləşən Azərbaycana. Bizim İranla münasibətlərimizə gəlincə, ortada hər şey aydın görünür, biz həmişə düşmən olmuşuq. Lakin bu Azərbaycan üçün fərqlidir. İranda çoxlu etnik azərbaycanlı yaşayır, ona görə də bu müharibənin baş tutması lüzumsuzdur”.

Elnur Ənvəroğlu 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı