Millət vəkili: “İran yardımı geri çevirməklə səhv edir” - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

Millət vəkili: “İran yardımı geri çevirməklə səhv edir”

Siyasət A- A A+

Xəbər verdiyimiz kimi, İranın Xoy şəhərində zəlzələdən zərər çəkən azərbaycanlıların problemləri İran hakimiyyəti tərəfindən həll edilmir.  Bir sıra ekspertlər iddia edirlər ki, Tehran bunu qəsdən edir ki, azərbaycanlılar Xoy şəhərindən köçsünlər. Məlum olduğu kimi, İranda son 12 gündə 3 güclü zəlzələ baş verib. Zəlzələlərin ən çox fəsad yaratdığı əyalət isə Xoy şəhəridir.

Məsələ ilə bağlı Ednews-a danışan deputat Aqil Abbas bildirdi ki, baş verənlər faciədir. Heç nəyə baxmadan biz yardımımızı etməliyik.

“Azərbaycan-Ermənistan müharibəsi zamanı İranda zəlzələ olanda Azərbaycandan İrana həkimlər yola salınmışdı, onları qəzaya salıb öldürmüşdülər. İranda faciə olub. Zəlzələ nəticəsində evlər dağılıb. Bizim də yardım etmək imkanımız var. İran bu yardımı rədd etməklə səhv edir. İran hökuməti icazə verməsə, heç nə etmək mümkün deyil. Güman edirəm ki, kənar vilayətlərdə yaşayan azərbaycanlılar köməklərini əsirgəmirlər. İran hökuməti icazə versə, şəxsən özüm də maddi yardım göndərərəm”.

Oğuz Ayvaz 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...