"Türkiyədə xarici diplomatik missiyaların bağlanması məqsədlidir" - Çavuşoğlu - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

"Türkiyədə xarici diplomatik missiyaların bağlanması məqsədlidir" - Çavuşoğlu

Siyasət A- A A+
"Düşünürəm ki, ölkəmizdə xarici diplomatik missiyaların bağlanması məqsədlidir".
 
Ednews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
Onun sözlərinə görə, hələ ki ehtimal edilən hücumlarla bağlı konkret məlumat yoxdur:
 
“Əgər diplomatik missiyalara təhdid varsa, bu barədə bizə məlumat verilməlidir. Səfirliklərin və ya konsulluqların bağlanmasında məqsəd Türkiyədə terror təhlükəsinin olmasına dair imic yaratmaqdırsa, bu, dostluğa uyğun davranış deyil”.
 
M.Çavuşoğlu bildirib ki, prezident və parlament seçkiləri ərəfəsində baş verən bu hadisələr Türkiyə hakimiyyətinin nüfuzuna zərbə vurmaq məqsədi də daşıya bilər:
 
“Əgər yenə heç bir izahat verilmədən oxşar addımlar atılarsa, biz də adekvat caba verəcəyik”.
 
Qeyd edək ki, Türkiyədə 9 ölkənin baş konsulluğunun fəaliyyəti dayandırılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...