Ermənistanla sərhədin açılması məsələsi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından asılıdır.
Ednews xəbər verir ki, bu fikirləri Türkiyənin ticarət naziri Mehmet Muş səsləndirib.
Onun sözlərinə görə, siyasi sabitlik əldə olunarsa, Qarsda sərhəd keçidləri açılacaq, nəticədə ikitərəfli ticarət canlanacaq.
Nazirin fikrincə, Türkiyə ən qısa zamanda infrastrukturu bərpa etməyə və Ermənistan-Türkiyə sərhədində yeni keçid məntəqələri açmağa hazırdır