Ukrayna Müdafiə naziri Oleksiy Reznikovun vəzifəsindən azad edilməsi və onun yerinə Ukraynanın Milli Təhlükəsizlik rəhbəri Kirilo Budanovun fövqəladə şəkildə təyin edilməsi bir qədər maraq doğurub.
Yeni təyinatla bağlı Ukraynanın etibarlı mənbələrindən biri Ednews-a açıqlama verərək qeyd edib ki, Budanovun Ukrayna MN-ə rəhbər təyin edilməsi ölkənin milli müdafiə gücünün təkmilləşdirilmısi məqsədi daşıyır.
“Yeni müdafiə nazirinin mümkün təyinatının strateji məqsədi, çox güman ki, müdafiə nazirliyinin nüfuzlu mövqelərinin müdafiəsi və ordunun təkmilləşdirilməsi ilə bağlıdır. Burada Rusiya işğalı (Rusiya qoşunlarının hücumunun intensivləşdirilməsi və Ukraynanın Müdafiə Qüvvələrinin gözlənilən yaz əks-hücumları), habelə hərbi, maliyyə və iqtisadi yardımın daha da artırılması, habelə Qərb ölkələri ilə danışıqlar mövqelərinin yaxşılaşdırılması nəzərdə tutulub. Hesab edirik ki, yeni təyinatla bütün bu planlar daha da uğurla həyata keçirilə biləcək”.
Fövqəladə təyinatın arxa planında baş verənlərdən danışan mənbə bunun korrupsiya ilə əlaqəli olduğunu vurğulayıb:
“Müdafiə nazirinin fövqəladə şəkildə dəyişməsi Ukrayna Silahlı Qüvvələri üçün ərzaq alınması ilə bağlı korrupsiya qalmaqalları fonunda baş verib. Genişmiqyaslı müharibə zamanı ən kiçik bir məlumat hadisəsi belə, Ukrayna daxilində cəmiyyətdə nifaq salmağa qadirdir. Ukrayna belə olan halda tərəfdaş ölkələri qarşısında mənfi bir şəkildə görünə bilər...,” deyə, mənbədən bildirilib.
Qeyd edək ki, Ukrayna Ali Radasındakı Xalqın qulluqçusu fraksiyasının rəhbəri David Araxamiya Müdafiədə Nazirliyinin tərkibində kadr dəyişikliyinin olmayacağını bildirib.
Elnur Ənvəroğlu