İsveçrə səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

Siyasət 18:13 07.02.2023
Fevralın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə səfiri Muriel Peneveyreni ölkədəki diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-dən Ednews-a verilən məlumata görə, görüşdə Azərbaycan və İsveçrə arasında müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən ikitərəfli münasibətlər gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, həmçinin cari regional və beynəlxalq vəziyyət müzakirə olunub. Azərbaycan və İsveçrə arasında siyasi, iqtisadi, ticarət, bağlantılar, humanitar və s. sahələrdə əməkdaşlığın inkişafını qeyd edən nazir bu istiqamətdə göstərdiyi səylərə görə səfir Muriel Peneveyreyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. C.Bayramov həmçinin postmünaqişə dövründə regionda vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh və normallaşma gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Ermənistanın postmünaqişə dövründə sülh gündəliyinə xələl gətirən addımları, o cümlədən Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etirazına səbəb olan təxribatlardan bəhs edən nazir Ceyhun Bayramov, bu kimi təxribatlara, habelə Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanmış əsassız iddialarına baxmayaraq Azərbaycanın sülh prosesində qərarlı olduğunu bildirib. Nazir eyni zamanda mina təhdidləri barədə ətraflı məlumat verib. Laçın yolu ətrafında yaranmış vəziyyətin blokada və ya humanitar vəziyyətə mənfi təsir etməsi barədə iddiaların əsassız olduğu barədə misalları diqqətə çatdırıb. M.Peneveyre Azərbaycan və İsveçrə arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu, bu xüsusda səylərin gücləndirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. O, ötən il diplomatik münasibətlərin 30 illiyi tədbirlərini, ikitəRəfli komissiyanın işini, yüksək səviyyəli səfərləri məmnunluqla xatırlayıb. Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində normallaşma gündəliyinin və sülh sazişi üzrə danışıqların davam etməsinin vacibliyi qeyd olunub. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı