"Azərbaycan prezidenti İlham Əliyevlə bir sıra aktual məsələlər ətrafında xoş söhbət etdim”.
Ednews xəbər verir ki, bu fikirləri ATƏT-in baş katibi Helqa Şmid “Twitter” səhifəsində yazıb.
“Güvən yaratmaq, əlaqələri gücləndirmək və təhlükəsizliyin iqtisadi ölçüsünə töhfə vermək üçün Qara dəniz regionunda regional əməkdaşlıq üzərində işin davam etdirilməsi vacibdir", deyə siyasətçi xanım qeyd edib.
Xatırladaq ki, görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.