Sevgilisinə görə universiteti atdı, qızı ona görə intihar etdi Azərbaycanlı şairdən Maraqlı faktlar

Siyasət 11:01 20.02.2023
Bu gün şair Əliağa Kürçaylının doğum günüdür. Ednews mərhum şair haqqında maraqlı faktları diqqətinizə çatdırır.
 
Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan rayonu Kürqaraqaşlı kəndində doğulub.
 
Doqquzuncu sinifdə məktəbi yarımçıq qoyub və Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb.
 
***
 
Daha sonra Bakı Təbabət Texnikumunda bir illik mühasiblər kursunda oxuduqdan sonra baş fəhlə olub, sonra işini Rus Dram Teatrında eyni vəzifəyə dəyişib. Bu dövrdə onda poeziyaya güclü maraq oyanıb. 1947-ci ildə Səməd Vurğunun dəvəti ilə gənc yazıçıların I Respublika müşavirəsində iştirakı isə onun bütün həyatını dəyişib.
 
***
 
Səməd Vurğunun köməkliyi ilə Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib. ADU-nun Filologiya fakültəsinə daxil olan şairi M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərsələr də, bir il sonra geri qayıdıb. ADU-da təhsilini davam etdirib. M.Qorki adına Ədəbiyyat İnstitutunu yarımçıq qoymasının da maraqlı tarixçəsi var. Şair rəsmi olaraq Moskvanın havasına alışmadığını, səhhətinin Moskvada yaşamağa imkan vermədiyini desə də, həyat yoldaşı xatirələrində yazır ki, şair Moskvadakı təhsilindən məhz ona görə imtina edib:
 
“Əliağanın anası ölənədək deyirdi ki, oğlum, sənə görə Moskvada təhsilini yarımçıq qoydu. Bu sözləri acıqla, ya incikliklə yox, nəvazişlə deyirdi: "Əliağa nigaran idi ki, o gələnədək səni kiməsə verərlər, ona görə qayıdıb gəldi”.
 
***
 
Həyat yoldaşı Şəhla Kürçaylı (məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı) xatirələrində Əliağa Kürçaylının doğum tarixi ilə bağlı maraqlı bir faktı qeyd edir: "Əvvəla, hər ikimizin təvəllüd tariximiz sənədlərdə düzgün qeyd olunmayıb. Özündən eşitmişdim ki, əslində o, 1926-cı ilin 20 fevralında dünyaya gəlib. Ancaq atası Həsənağa oğlunun doğum ilini 1928-ci ilə yazdırıb. Mənim təvəllüdüm isə 1930-cu il əvəzinə atam xanəndə Cabbar Qaryağdıoğlunun istəyi ilə iki il qabağa yazılıb. Beləcə, onunla - həyat yoldaşım şair Əliağa Kürçaylı ilə yaşıd olmuşduq".
 
***
 
O dövr Yazıçılar İttifaqının sədri Səməd Vurğun Salyana belə bir məktub göndərib: “Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik”.
 
Sonralar xatirələrində Əliağa Kürçaylı yazırdı: “Səməd Vurğun gənc yazıçılara söz verir. Ayağım dolaşa-dolaşa xitabət kürsüsünə tərəf gedirəm. Öz adını Səməd Vurğunun dilindən eşitmək adi bir kəndli balasına necə təsir edə bilər? Sifətim alışıb yanır, ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram. Danışım, ya şeir oxuyum?
 
- Şeir oxu, natiqimiz onsuz da az deyil. “İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram:
 
Yadımdadır, güllələr şığıyıb keçən zaman
Səni qanlı otların üzərindən dərdiyim.
O incə tellərini mərmilər deşən zaman
Xatirə dəftərimin arasına sərdiyim...
 
Səməd Vurğun - “Bu cavanın böyük gələcəyi var. Mən onun əsərlərini oxuyanda öz gənclik illərimi xatırlayıram” - deyir. Səməd Vurğunun xeyir-duası və yaxından köməyi ilə Əliağa Kürçaylı Bakıya köçür, burada fəhlə-gənclər məktəbini başa vurur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetini, 1957-ci ildə Moskva Ali Ədəbiyyat Kursunu bitirir.
 
***
 
Şair ailə qurandan sonra ağır günləri çox olub. İki uşaqları olub. Birinci oğlu Ülfət, ikinci qızı Ülkər dünyaya gəlib. Kirayədə yaşayan ailə bir müddət maddi çətinliklərlə üzləşiblər.
 
***
 
Xalq rəssamı Mikayıl Abdullayev Nəsiminin portretini Əliağa Kürçaylıya baxıb çəkib.
 
***
 
Mollalarla arası yox imiş. Yolda izdə molla ilə rast gəlsə, məzələnərdi. Bir dəfə molla ilə rast gəlir, öskürür, mollanın yadına salır ki, azan vaxtıdır, tələs.
 
***
 
Şair bir il müddətində “Yazıçı” nəşriyyatına rəhbərlik edib. Hamını çap etmirdi. Buna görə çox vaxt əsəb, gərginlik yaşayırdı. Bir gün dostu Tofiq Bayram otağına gəlib. Stolunun üstünə bir balaca kitab qoyub ki, qol çək, çap olunsun. Əliağa şeirlərə göz atıb, baxıb çox zəifdir. Deyib, Tofiq bu kitabdan çaxır iyi gəlir.
 
***
 
Əliağa Kürçaylının ədəbi mühitdə ləqəbi qırmızı olub. Çünki qırmızı danışırmış, həm də yanağı qırmızı olub.
 
***
 
Şair xərçəng xəstəlikdən əziyyət çəkirdi. Ölümünə 20 dəqiqə qalmış qızı Ülkər atasının halından xəbər tutur. Qardaşı bacısını başa salmağa cəhd edir, amma çifayda! Ülkər atasını ölütək çarpayıda görür. Hamı ağlayırdı. Qardaşı o ağır günləri belə xatırlayır:
 
“Atama yaxınlaşdı. Üzünü örtmüşdük. İndi də ürəyimdə qalıb: onun atama yaxınlaşıb öpməsinə imkan vermədim. Dedim, halı lap pisləşər. Guya yaxşılıq eləyirdim. Hərdən fikirləşirəm, bəlkə, qoysaydım, ataya sarılsaydı, belə eləməzdi. Otaqdan çıxdı. Onda mənim 25, onun 23 yaşı vardı. Birdən ayıldım ki, Ülkər yoxdu. Axtardım, balaca bir kağız tapdım: “Məni axtarmayın. Ülkər”
 
***
 
Ülkər intihar edir. Özünü dənizə atır. Dalğıclar xilas etsələr də qorxudan ürəyi partlayır.
 
***
 
Əliağa Kürçaylı 1980-ci il, fevralın 11-də, 51 yaşında vəfat edib.
 
Oğuz Ayvaz 
 
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
Hamısı