“Türkiyə çox ciddi faciə yaşadı”.
Ednews xəbər verir ki, bunu ATƏT-in Baş katibi Helqa Şmid fevralın 20-də Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ATƏT sədri Bujar Osmani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ATƏT Türkiyəyə lazım olan bütün dəstəyi göstərməkdədir:
“Beynəlxalq yardımlar bizi sevindirir. Bundan əvvəl Münxendə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan və Ermənistan liderləri ilə görüşdüm. Onlar da Türkiyəyə dəstəklərini ifadə etdilər".