Erməni milyarder, avantürist Robert Vardanyanın Qarabağdan gedəcəyi tarix bilindi.
Ednews erməni mediasına istinadən xəbər verir ki, fevralın 23-də separatçıların lideri Arayik Arutyunyanın xüsusi müraciətlə çıxış edəcəyi gözlənilir.
Arutyunyan öz müraciətində Vardanyanın “dövlət naziri” vəzifəsindən azad ediləcəyini elan etmək niyyətindədir.
Nəşr yazır ki, Arutyunyan fevralın 17-də bunu açıqlamaq istəyib, lakin müəyyən səbəblərə görə o, bunu təxirə salmaq qərarına gəlib.
Oğuz